Vətəndaşlar evlərini tərk etməyə başlayıblar – 190 manatın ucbatından

10-04-2020, 17:42 242 dəfə baxılıb

Vətəndaşlar evlərini tərk etməyə başlayıblar – 190 manatın ucbatından


Məlum olduğu kimi, koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün 190 manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulub. Lakin qaydalara əsasən, əmək pensiyaçıları, aylıq müavinət alanlar, aylıq təqaüd alanlar, özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslər, işsizlikdən sığorta ödənişi alanlar, peşə hazırlığına görə təqaüd alanlar, 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslər, əri və ya arvadı sahibkar olanlar, əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alan və ya kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmur.

Təbii ki, şərtlərin çətinliyi və müavinətin bütün ehtiyaclı ailələrə verilməməsi əhali arasında narazılıq və bir sıra suallara səbəb olub. Mövzunu AYNA-ya şərh edən iqtisadçi-ekspert Azər Mehtiyev hesab edir ki, indiki durumda işsiz bir vətəndaşın 190 manatla ailəsini dolandırması mümkün deyil: “Planı təsdiqləyən şəxslər bildiriblər ki, müavinət nəzərdə tutulanda istehlak minimumu əsas götürülüb. Ancaq istehlak minimumunun həcmi bir nəfər üçündür. Yardımları isə ailəni nəzərdə tutub verirlər. Yəni bir nəfərin dolanışıq vəsasiti ilə bir ailənin dolanması mümkün deyil”.

“Digər tərəfdən, bunun əhatə dairəsi məsələsi var. Ölkədə uzun zaman müzakirə olunan bir məsələ var ki, işsizlik səviyyəsi çox yüksəkdir və hamı da bilir ki, ölkədə məşğul kimi göstərilən əhalinin bir hissəsi gündəlik iş görməklə məşğul idi. İndiki halda isə həmin əhalinin özünə iş tapması qeyri-mükündür. Bu halda həmin insanlar necə dolanmalıdırlar?”, - ekspert deyib.

“Məsələ bundan ibarətdir ki, 190 manatın verilmə mexanizmi üzə çıxandan sonra artıq insanları evdə tapmaq da mümkün deyil. Çünki insanlar duruma görə, şəhərin mərkəzində olmasa belə, şəhər kənarında iş axtarmaqla məşuldurlar. Digər məsələ isə kəndlərdə yaşayan əhali ilə bağlıdır, torpaq payı olanlara bu müavinət verilmir. Bu da çox ciddi məslədir. İndiki halda kəndlinin ciddi gəlir mənbəyi yoxdur. Hətta kənd təsərüfatı ilə məşğul olan insanlar öz məhsullarını sata bilmirlər və sata bilmədikləri üçün də çətin duruma düşürlər. Onlar sahibkar kimi sahibkarlıq xətti il yardım ala bilirlər, həm də işsiz təbəqə olaraq vəsait almaqdan məhrum olurlar. Yəni çox sayda insan bu yardımlardan məhrum oldu və onların karantin dövründə bu vəziyyətdən necə çıxacaqları da qeyri-müəyyən olaraq qalır”, - Mehtiyev əlavə edib.

Müsahibimizin dünya təcrübəsinə əsasən bildirib ki, əksər ölkələrdə insanlar imkanlarından asılı olmayaraq yardım almağa başlaybılar: “Belə bir şəraitdə imkanlı ailələr bu yardımlardan imtina edə də bilərlər, etməyə də. Laki dövlətin bütün ailələrə yardım paketini verməsi şərtdir. Çünki söhbət cəmi iki aydan gedir. Məncə, indiki halda hökumət imkanlarını səfərbər edib, ən azı bütün ailələrə müəyyən yardımlar göstərmək yolunu tuta bilərdi, ki, bu, daha doğru olardı”.
0



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR