Köçkünə deyirlər ki, yuxarılara şikayət yazma- Malik İsaqov Qubadlını necə idarə edir

16-09-2020, 22:27 283 dəfə baxılıb

Xırdalandakı 26-cı məhəllədəki yarımçıq , qəzalı binaya bitişik zirzəmi tipli otaqda qalan Qubadlı rayonundan məcburui köçkün Canəli Salmanov deyir ki, dəfələrlə Məcburi Kömkünlərin İşi Üzrə Dövlət Komitəsinə müraciət edib. Rövşən Rzayevin qəbulunda da olub. Komitə sədri özü tapşırıb ki, ona təcili ev versinlər.Amma, Canəli bildir ki,bunların faydası olmayıb :

“Usanmışam ,himayəmdə azyaşlı xəstə uşaqlarım, həyat yoldaşım, hələ gəl bu kiflənmiş zirzəmidə yaşamaq…

Elə söz verirlər, yeni tikilmiş qəsəbələrə kimlərsə köçürülür,mən qalıram kənarda.”
Məcburi köçkün deyir ki, qrunt və kanalizasiya suları zirzəmiyə, ordan isə onun otağına dolur.

Vəziyyətlə “Qaçqınkom” un Xırdalan şöbəsindən olan işçilər də şahidlik edib. Ancaq deyiblər ki, onun ailəsini yerləşdirməyə yer yoxdu. Gözləsin . Və ən əsası heç kimə şikayət etməsin. Mətbuata çıxmasın.

Canəli Salmanov bildirir ki, 2019-cu ilin yanvarından əlinə sənəd veriblər ki, birinci növbədə o mənzillə təmin olunacaq.

Ancaq görünən odur ki, komitədə rüşvət verilmədən kimsə ev ala bilmir. Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınmış evlərin də öz “tarif”i var.

Bir tərəfdən də Qubadlı İcra Hakimiyyətindən tökülüşüblər ki, Canalə kimsənin adını çəkməsin.

Xahiş-minnətə gələn məmurlar Canəli ilə hətta “qohum” çıxıblar.

Görəsən məcburi köçkünün uşaqları zirzəmidə iy-qoxudan boğulanda bu “qohumlar harada idi?

Qafqaz.tv bildirir ki, Malik İsaqov 2001-ci ildən dəyişmədən Qubadlı rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

“Gözdən iraq, könüldən uzaq” olmağı bacaran icra başçısının yerinə gənc bir kadr 19 il ərzində tapılmayıb ki, Qubadlıya yeni nəfəs olsun.

Bu səfalı bölgənin rəhbəri M.İsaqov 19 illik fəaliyyəti dövründə rayonu elə idarə edib ki, büdcədən ayrılan pullar düşmən işğalında olan Qubadlının “abadlaşması” üçün xımır-xımır mənimsənilib.

Qəribədir ki, geridə qalan 19 il ərzində əksər rayonlarda icra hakimiyyəti başçıları dəyişib, əvəzlənib, yerdəyişmələr aparılıb. Deyəsən, M.İsaqov Qubadlıya ömürlük təyin olunub.

M.İsaqov Qubadlıda peşəkar və gizli iş qurmağı bacarıb. 2-3 il öncə Sumqayıtda Qubadlı icra hakimiyyətinə məxsus ərazidə ağacların kəsilməsi məsələsi gündəmə gəlmişdi.

Sonra M.İsaqovun Yasamala RİH başçısı gedəcəyi xəbərləri yayılmışdı. Amma olmadı. O, Qubadlıdan ayrıla bilmir.

Malik İsaqovun Sumqayıt və Bakı şəhərlərində onlarla biznes obyektləri var və icra başçısı həmin müəssisələri yaxınları vasitəsilə idarə edir.

Özü isə ayda bir neçə dəfə həmin obyektlərə baş çəkərək işlərələ yerindəcə və şəxsən tanış olur.

Bəs təhkim olduğu rayon camaatı ilə nə vaxt maraqlanacaq?


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR