“Əbədi Birlik” Gəncləri İctimai Birliyinin Şimali Kipr Nümayəndəliyinin rəhbəri Serdar Şengül Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoyması ilə bağlı açıqlama verib

6-04-2024, 09:57 69 dəfə baxılıb

“Əbədi Birlik” Gəncləri İctimai Birliyinin Şimali Kipr Nümayəndəliyinin rəhbəri Serdar Şengül Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoyması ilə bağlı açıqlama verib


Şengül: Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanması və dalğalanacağı barədə bəyanatından sonra parlamentlərarası əməkdaşlıq mərhələsinin əhəmiyyətini vurğuladı. "BU DÜNYA İCTİMAİYYƏTİNƏ BÖYÜK SƏS GƏTİRDİ"

Şengül, "Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk dəfə aylar əvvəl ŞKTC-ni rəsmi qəbul etməsi və bəyanatlarında Şimali Kipr Türk Cümhuriyyətinin adını çəkməsi son dərəcə əhəmiyyətli bir hadisə idi. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Beynəlxalq cəmiyyətdə ağırlığı olan bir Lider olması Cənubi Kipr Rum Administrasiyası başda olmaqla digər AB ölkələri bu hadisələrdən əslində olduqca narahat olub. Yadda saxlamaq lazımdır ki, Cənubi Kipr Rum Administrasiyasının son aylardakı bəyanatları Ermənistana hər cür dəstəyin verilməsi də onu göstərir ki, Kipr Rum tərəfi Azərbaycan dövlətinin gücündən qorxur. Bu Azərbaycan dövlətinin qüdrətindən qaçdığının işarəsidir. Məsələyə yekun vursaq, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsində keçirilən tədbirlərdə Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının dalğalanması və dalğalanacağını deməsi, bundan sonra rəsmi parlamentlərarası əməkdaşlıq və dialoq yolu qurması cəsarətli addımdır və bu bütün türk dünyasında əks-səda doğurur. “Bütün Azərbaycan və KKTC xalqına bildirmək istəyirəm ki, bu inkişaflar faydalı olacaq və yeni inkişaflar çox yaxında artmağa davam edəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR