Bu arada kimlərə "qırmızı kart" göstəriləcək? - SİYAHI

13-10-2020, 13:24 93 dəfə baxılıb

Yaxın günlərdə bir neçə rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək. Ölkədə müharibə şəraiti olmasına rəğmən "yuxarılar" kadr islahatlarının ümumi işə faydalı olacağı qənaətilə prosesin - dəyişiklik prosesinin davamına qərar verib. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq bildirir ki, konkret olaraq 7 rayonun başçısı ilkin mərhələdə dəyişdiriləcək, hazırki situasiyada kardinal islahatların istisna edildiyi bəyan olunur. Qeyd edək ki, mənbə dia.az-a həmin rayon rəhbərlərinin siyahısını təqdim edib. Biz də siyahını oxuculara çatdırırıq:

1. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev;

2. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə;

3. Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov;

4. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev;

5. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR