Ukraynalı uşaqlar Azərbaycana gətirildi

1-07-2025, 09:35 19 dəfə baxılıb

Ukraynalı uşaqlar Azərbaycana gətirildi


Daha bir qrup ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, Sumi regionundan bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

“Ukraynalı uşaqlar üçün olan bu proqramı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdarlara təşəkkür edirik”, - səfir qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR