Qazaxa yeni icra başçısı Rəcəb Babaşov təyin olundu: Məcburi köçkünlərin qara günləri başladı

19-06-2016, 12:06 434 dəfə baxılıb

Qazaxa yeni icra başçısı Rəcəb Babaşov təyin olundu: Məcburi köçkünlərin qara günləri başladı












Qazax rayonun yeni təyin edilən icra başçısı Rəcəb Babaşovun iş gününün ilk həftəsindən Qazax rayonunda məskunlaşmış məcburi köçkünlərin qara günləri başlayıb.

Bu barədə məlumat verən Barxudarlı kəndindən məcburi köçkün olan Məqsəd Mirzəyev bildirib ki, rayonda sosial müdafiəsi zəif olan məcburi köçkün müəllimlər və tibb bacıları ixtisara salınaraq işdən çıxardılırlar. Hüququ pozulan məcburi köçkünlərin nümayəndələrini isə icra başçısı qəbul etmir.
Şikayətçi onu da bildirib ki, məcburi köçkünlərin sakini olduqalrı kəndlərin icra nümayəndələrinin özbaşınalıqları həddini keçib: “İşğal altında olan Barxudarlı kəndinin sakinləri icra nümayəndəsi Yasin Hacıyevin, Əskipara kənd sakinləri isə kənd icra nümayəndəsi İlqar İsayevin “Qurban”larına çevriliblər. Mən bu qanunsuzluqlarla bağlı dəfələrlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müraciət etsəm də, müarciətim saymamazlıqla qarşılanıb. Bu haqsızlıqlarla bağlı eyni vəziyyəti Yuxarı Əskipara kəndinin sakinləri də yaşamağa məcburdurlar.(teeqraf)Prezidentin sərəncamı ilə Qazax rayonunda məcburi köçkünlər üçün tikilən yaşayış binalarının köçkünlərə verilməsi zamanı 50-dən artıq köçkünün hüquqları pozularaq aldadılıblar. İcra başçısı isə köçkünlərin problemlərini dinləmək əvəzinə məcburi köçkünləri diqqətdən kənarda saxlamaqla prezidentin tapşırıqlarına biganə yanaşır. Məcburi köçkünlərin şikayətlərinə baxılmadığını görən icra nümayəndələri bundan ürəklənərək hüquqlarımızı pozmaqda davam edirlər. İlqar İsayev isə biraz da uzağa gedərək, “Rəcəb müəllim bizim adamdır, mənə heç kim heçnə edə bilməz “ deyərək lovğalanır. Biz Rəcəb müəllimi diqqətli olmağa və rayonda məskunlaşan məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün prezidentin tapşırıqlarına əməl etməyə çağırırq. gündəmşok


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR