Kərəm Həsənovun maxinasiya dünyasından faktlar: 20-dən artıq müəssisə necə ələ keçirilib?

29-06-2016, 17:54 522 dəfə baxılıb

Kərəm Həsənovun maxinasiya dünyasından faktlar: 20-dən artıq müəssisə necə ələ keçirilib?













Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrini sübut edən daha bir fakt ortaya çıxıb.
Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin rəisi olmuş Əfruz Əfəndiyevanın “Bizim Yol”a müraciətindən aydın olur ki, Kərəm Həsənov onu MTN-lə hədələyib. Əfruz Əfəndiyeva bildirir ki, rəisi olduğu qurum qanunsuz olaraq MMC-yə çevrilib və 20-dən artıq müəssisə onun əlindən alınıb: “Mən rəis gələndə Əmlak Məsələləri Dövlət Komitəsinin ”sayəsində” təşkilat (Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi) yox səviyyəsindəydi. Birliyin balansında Azərbaycanın bütün rayonlarında yerləşən təmir-tikinti idarələri nəzdində trest də vardı. Birlik təmir-tikinti işləri, istehsalatla məşğuldu. Dəmir-beton məmulatları buraxır, şəhərləri asfaltlaşdırır, böyük tikintilər aparırdıq. Müəssisələrimiz tenderlərdə iştirak edirdi, bir sıra müəssisələrlə də öz aralarında müqavilələr bağlayırdılar. Son illərdə Bakının mərkəzi yerlərindəki hündürmərtəbəli binaların bəzilərini biz tikmişik. 2000-dən artıq işçimiz olub, kadr potensialımız da vardı, texniki-avadanlığımız da. Birliyi 2007-ci ildən sərəncama veriblər və bütün problemlər də ondan sonra yaranıb. Əmlak Məsələləri Dövlət Komitəsi birliyin müəssisələrinə “əl qoyandan” sonra idarələr kənarda qaldı, “levıy” işləməyə başladılar. Tabeliyimdə olan idarələrin müdirini kənara qoyub, yerinə mənim möhürümlə öz “adamlarını” “müdir” təyin ediblər. Mənə xəbər vermədən, hesabat almadan gedib idarələri özbaşına dövlətin balansından çıxarırdılar. Bir də görürdüm zəng edirlər ki, “möhürünü götür, bura gəl”. Komitəyə gedirdim, qarşıma blanklar qoyub, “bunlara möhür vur, qol çək”, deyirdilər. Bir neçə dəfə dediklərini elədim. Sonradan soruşdum ki, “niyə mənə boş blank verirsiz, göstərin görüm mənə nəyə qol çəkdirirsiz”? Boş blankı imzalamadım. Ondan sonra mənə qarşı sərtləşdilər. Görürdüm idarələrdən birinin müdiri gəlib deyir ki, “mənim əmək kitabçamı ver”. Səbəbini soruşurdum, deyirdilər “idarəm özəlləşib”. Necə özəlləşib, hansı sənədə, hansı balansa əsasən? Elə bilirdim Komitə sədri Kərəm Həsənovun bu olanlardan xəbəri yoxdur”.
Lakin Kərəm Həsənovun qəbulunda olandan sonra Əfruz Əfəndiyevaya bəlli olub ki, baş verənlərində arxasında elə komitə sədri özü dayanır. Əfruz Əfəndiyeva Kərəm Həsənovun qəbulu zamanı baş verənlər barədə deyib: “Salamımı almadı, özümü təqdim etmək istədim, ağzımı açmağa qoymadı, dedi ”lazım deyil, səni tanıyıram, özünü yaxşı aparmırsan, mən sənin üçün Şair Həsənov deyiləm, mən Kərəm Həsənovam, elə eləmə ki, MTN-i, DIN-i, Prokurorluğu sənin üstünə töküm, sonra başın ağrıyar”. “Heç kimdən qorxmuram, kimi istəyirsiz, göndərin, kimin haqlı, kimin haqsız olduğu bilinər”, dedim. “Qurtardıq, qurtardıq söhbəti”, deyib danışmağıma imkan vermədi. Cəlilabadda da tabeliyimdə olan idarə vardı, deyilənə görə qohumunun adına rəsmiləşdirib. “Mən Cəlilabada rəis olaraq gələndə sən ”zapçast” satırdın”, deyib çıxdım. O görüşdə anladım ki, hər şeydən xəbərdarmış və hətta olanların başında da özü durur…(azadliq.info)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR