Bu yağdan istifadə edənlərin nəzərinə

23-12-2016, 21:43 561 dəfə baxılıb

Bu yağdan istifadə edənlərin nəzərinə













“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Кубинская семечка” yağının ekspertizasını keçirib.

“Qafqazinfo” xəbər verir ki, qurumun sədri Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini S.Məmmədovanın şikayət ərizəsidir. Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубинская семечка” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb.

Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub.

Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Кубинская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR