Ucar sakini ölümlə təhdid olunub

7-09-2015, 11:59 881 dəfə baxılıb

Ucar sakini ölümlə təhdid olunub




























Zakir Ələkbərov: «Şahlar Ələkbərov uzun müddətdir ailəmlə qərəzçilik aparır, məni şantaj edərək pul qoparmaq istəyir»

Bu gün Ucar rayon sakini, M.Əliyev küçəsi 3-də yaşayan Zakir Ələkbərov redaksiyamıza müraciət edərək, üzləşdiyi vəziyyətlə bağlı şikayət edib. O bildirib ki, Ucar Yeyinti Məhsulları Kombinatının keçmiş direktoru, qonşum, əvvəllər məhkum edilmiş Ələkbərov Şahlar Xəlil oğlu onu ölümlə hədələyib.

Bununla əlaqədar ərizə ilə Ucar Polisinə müraciət edən rayon sakini yazır ki, hələ də məsələ ilə bağlı nəticə yoxdur. Belə ki, Şahlar Ələkbərov 29.07.2015-ci il tarixdə, heç bir əsas olmadan onun evinə basqın edərək, əlindəki dəmir parçası ilə Zakir Ələkbərovu öldürmək istəyib. Şikayətçinin yazdığına görə, evində işləyən ustaların köməyi ilə Ş.Ələkbərovun hərəkətlərinin qarşısı alınıb. «Bu adam evimdə işləyən ustalara əsassız olaraq müdaxilə edir. Bu barədə Ucar rayon Polis Şöbəsinə etdiyim şikayətim üzrə təhqiqat aparılır. Şahidlər dindirilib, izahatları alanıb və iş materiallarının yoxlanılması üçün Daxili İşlər Nazirliyi tərəfindən alınıb».

Ucar sakini yazır ki, Şahlar Ələkbərov orta təhsilli olmasına və latın əlifbası ilə yazmağı bacarmamasına baxmayaraq, onu direktor təyin etmişdilər. «Ki, sonradan yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən çıxarılıb. O, xuliqanlıq hərəkətləri etdiyi üçün 2012-ci il tarixdə həbs edilərək, 3 il azadlıqdan məhrum edilib. Bu adam mənə və ailəmə dinclik vermir, rahat yaşaya bilmirik. Məni şantaj edir ki, bu yolla məndən pul ala bilsin. Uzun müddətdir bizim ailə ilə qərəzçilik aparan Ələkbərov Şahların əməli cinayət tərkibi yaradır. Cinayət məsuliyyətindən yayınmaq üçün şahidlərə təzyiq göstərir».

Zakir Ələkbərov qeyd edir ki, Ucar Yeyinti Məhsulları Kombinatının sabiq direktoru Ələkbərov Şahlar tam sağlam olsa da, özünə ikinci qrup əlillik dərəcəsi alıb. «Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova yazdığım şikayət ərizəm araşdırılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin rəisi İlqar Qurbanova göndərilib. Əgər Şahlar Ələkbərov ciddi şəkildə müayinə edilərsə, ona ikinci qrup əlilliyə görə ona təyin edilmiş xəsətəliyin mövcud olmadığı, tam sağlam olduğu subut olunacaq».

Şikayətçi daha sonra vurğulayır ki, Şahlar Ələkbərovun iki oğlu, Samir və Seymur da tam sağlamdırlar, amma hərbi xidmətə getməyiblər. «Bunun da ciddi yoxlanılmasına zərurət var. Samir və Seymur Ələkbərovlar tam sağlamdırlar».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR