23 saylı məktəbin şagirdi doğdu, uşağı tələf oldu-Sumqayıtda

20-04-2019, 21:50 1028 dəfə baxılıb

23 saylı məktəbin şagirdi doğdu, uşağı tələf oldu-Sumqayıtda


Azia.az-a ilginc məlumat daxil olub. Sumqayıt şəhər 1 saylı doğum evində, məktəblinin uşaq dünyaya gətirdiyi məlum olub. Doğum evinə gətirilən azyaşlı özü ilə bərabər müəmmalar da gətirib. Xəstəxananın prosedur tələbinə uyğun olaraq azyaşlının kimliyi məlum olub və hər kəs biri-birinə dəyib. Azyaşlı izahatında məluma verir ki, o, Sumqayıt şəhər 23 saylı məktəbin 10-cu sinif şagirdidir. Yayılan məlumata görə, şokedici məlumatı eşidən doğum evinin rəhbərliyi dərhal 23 saylı məktəbin direktorunu və aidiyyatı qurumları məlumatlandırır. Hətta, xəstəxana rəhbərliyi ilə məktəb direktoru arasında insident olduğu da bildirilir. Belə ki, Reyhan Yunisovanın məktəbinin adının hallandırılmamasını ciddi şəkildə tələb etməsi əks tərəfi qəzəbləndirir. Ancaq bu tələblərə baxmayaraq xəstəxana rəhbərliyi aidiyyatı qurumlara məlumat verdiyi söylənilir. Doğan məktəblinin(HƏ...va Ta...la Rüfət qızının) uşağının tələf olduğu da verilən məlumat sırasındadır. Uşağın atasının kimliyi barədə məlumat verilmir. Redaksiya olaraq məktəbin direktoru Reyhan Yunisova ilə əlaqə saxladıq. Direktor məlumatın yalan olduğunu bu adda (HƏ...va Ta...la Rüfət qızının) bizim məktəbin 10-cu sinifində tələbə oxumadığını bildirdi. Sumqayıt Təhsil şıbəsinin müdiri Arzu Alizadə ilə əlaqə yarada bilmədik.
P.S. Hadisə gerçəksə redaksiya olaraq belə bir olayın olmasından təəssüf hissi keçirir, məktəb direktorunu və Təhsil şöbəsinin müdirini məsuliyyətli olmağa dəvət edirik. Bu məktəblərin yetişdirdiyi gənclər gələcəyin həkimi, müəllimi, mühəndisi sabahın ailə başçılarıdır. Ümumiyyətlə Sumqayıt məktəblərində qanun pozuntularının çoxalması ciddi nəzarət mexanizminin, təlimin, tərbiyənin olmamasının göstəricisidir. Hesab edirik ki, bu bir cinayətdir. həmçinin məktəblilərin psixoloji durumuna ciddi təsir göstərə bilən hadisədir. Materialı tədbir görülməsi üçün DİN-nə, Təhsil Nazirliyinə ünvanlayırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR