Sabah YAP-ın tarixində mühüm hadisə olacaq

Bu gün, 08:55 11 dəfə baxılıb

Sabah YAP-ın tarixində mühüm hadisə olacaq


Sabah Yeni Azərbaycan Partiyasının VII qurultayı keçiriləcək.

Qurultay oktyabrın 2-də saat 10.00-da Heydər Əliyev Mərkəzində işinə başlayacaq.

Qurultaya partiyanın bütün rayon təşkilatlarından mindən yuxarı nümayəndənin seçildiyi bildirilir. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin iştirak və çıxış edəcəyi gözlənilir.

YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib. YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

Məlumata görə, YAP-ın İdarə Heyətinin 40 nəfərdən ibarət hazırkı tərkibində dəyişikliklər nəzərdə tutulub.

Qeyd edək ki, hazırkı İH YAP-ın VII qurultayında seçilib. Həmin qurultaya qədər hakim partiyanın İdarə Heyətinin tərkibi 20 nəfərdən ibarət idi. Qurultayda tərkib iki dəfə artırılıb və partiyanın yeni İdarə Heyəti formalaşıb.

Sabahkı qurultayda hazırkı tərkibdə dəyişikliklər olacağı, yeni simaların İH üzvü seçiləcəyi bildirilir. Artıq YAP-ın bəzi tanınmış şəxsləri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifədə olan zamanlarda partiyanın rəhbər strukturlarına yerləşdirdiyi şəxslərin tamamilə kənarlaşdırılmasının vacibliyini bəyan ediblər. Bu da onu deməyə əsas verir ki, Mehdiyevə bağlı hesab edilən şəxslər qurultayda və qurultaydan sonra YAP-da mövqelərini itirəcəklər.

İdarə Heyətinə və bir sıra rayon təşkilatlarının sədrliyinə gənc YAP-çıların gətiriləcəyi gözlənilir. Eyni zamanda partiyanın Aparat rəhbəri vəzifəsinə də yeni şəxsin gətiriləcəyi qeyd olunur.

Bundan başqa, qurultayda hakim partiyada idarəetmə sistemində struktur dəyişikliklərinin həyata keçirilməsi istisna deyil.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR