Musatafa Sandaldan boşanan Emina Yahoviç köhnə sevgilisinə qayıtdı
![]()
Türkiyəli tanınmış müğənni Mustafa Sandal serb əsilli həyat yoldaşı Emina Yahoviçlə ötən ilin iyununda boşanmışdı.
Daha sonra türkiyəli iş adamı Sadettin Saranla bir müddət eşq yaşasa da, bu münasibət də qısa zamanda bitmişdi.
Bu hadisələrdən sonra Eminanın köhnə sevgilisi Marko Miskoviçlə yenidən bir araya gəldikləri iddia edilir.
Serb qəzeti "Alo"nun məlumatına görə, Emina və Markonun gizli olaraq görüşməsi diqqətdən qaçmayıb.