"Toya 1 həftə qalmış məni qoyub qaçdı, boşandım"

1-07-2019, 20:31 307 dəfə baxılıb

"Toya 1 həftə qalmış məni qoyub qaçdı, boşandım"


"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Günel Ələkbərova olub.
Axşam.az-ın məlumatına görə, sənətçi aparıcı Ruslan Ağayevin 33 sualına cavab verib.

Şəxsi həyatından danışan Günel boşandığını açıqlayıb. O, "Həyat yoldaşın sənə əl qaldırıb" sualına belə cavab verib:

"Rəsmi nikahım olub, amma boşanmışam. "Xonçası oynamayanlar" silsiləsindənəm. Toya 1 həftə qalmış məni qoyub qaçdı.

Həyat yoldaşım mənə əl qaldırıb. Elə vurdu ki, gedib hara düşdüm. 3 ay onunla danışmadım".

Günel kirayədə yaşadığını etiraf edib:

"Kirayədə yaşayıram. Evim, maşınım yoxdur. Yalandan deyim ki, gətirdilər mənə "Qalik" bağışladılar? Gündə kirayəyə bir maşın götürüb, yalandan danışım?".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR