Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!

Bu gün, 05:57 10 dəfə baxılıb

Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!


“Quruluş Osman” serialının ulduzu Burak Özçivit aylardır davam edən iddialara ilk dəfə münasibət bildirib. Məşhur aktyorun paylaşdığı vida mesajı onun layihədən ayrıldığını faktiki olaraq təsdiqləyib.

Son günlər Türkiyə mediasında Burak Özçivitin yeni mövsüm üçün hər bölümə 4 milyon lirə qonorar tələb etdiyi, bu səbəbdən də prodüser şirkəti ilə razılığa gələ bilmədiyi barədə xəbərlər yayılmışdı. İddialara görə, tərəflər arasında yaranan maliyyə anlaşılmazlığı nəticəsində aktyor altı mövsümdür baş rolunu canlandırdığı “Quruluş Osman” serialı ilə yollarını ayırıb.

Mövzu ətrafında uzun müddət susqunluğunu qoruyan Burak Özçivit nəhayət sosial şəbəkə hesabında paylaşım edərək diqqətçəkən açıqlama verib.
Aktyor yazıb:

“Vidalaşmaq böyük bir fəzilətdir. Altı illik sevginin və zəhmətin üzərində süni rəy formalaşdırmağa çalışanlara baxmayaraq, tamaşaçılarımıza təşəkkür edərək vidalaşmaq istəyirəm. Yeni hekayələrdə görüşmək ümidi ilə.”

Bu paylaşım Türkiyə şou-biznesində geniş rezonans doğurub. Bir çox media orqanı bunu Burak Özçivitin “Quruluş Osman”la yollarını rəsmən ayırmasının təsdiqi kimi qiymətləndirib.
Hazırda serialın istehsalçıları Burak Özçivitin yerinə kimin çəkiləcəyi barədə rəsmi açıqlama verməyiblər. Bununla belə, Türkiyə mətbuatında yeni baş rol ifaçısı ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Burak Özçivit 2019-cu ildən etibarən “Quruluş Osman” serialında Osman Bəy obrazını canlandırırdı və bu rol onun karyerasının ən uğurlu layihələrindən biri hesab olunur. Altı mövsüm davam edən əməkdaşlığın bu şəkildə başa çatması Türkiyə televiziya sənayesində ilin ən çox müzakirə olunan hadisələrindən biri kimi qiymətləndirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR