Bakıda tanınmış ekstrasens tutuldu – FOTO

28-10-2015, 11:43 979 dəfə baxılıb

Bakıda tanınmış ekstrasens tutuldu – FOTO

















Araşdırmalar davam etdirilir

Bakıda özünü ekstrasens kimi təqdim edən şəxs saxlanılıb.

azinfo.tv Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb.

Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.

Bakıda tanınmış ekstrasens tutuldu – FOTO
Bakıda tanınmış ekstrasens tutuldu – FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR