Fransalı aktyor Jerar Depardye müsəlmanlardan üzr istədi - FOTO

28-10-2020, 11:37 270 dəfə baxılıb

Dünya şöhrətli fransalı kinoaktyor Jerar Depardye ölkəsində baş verən hadisələrdən danışıb.

Aktyor mövcud Fransa hakimiyyətinin bacarıqsızlığından gileylənib.Eyni zamanda müsəlmanlara qarşı zorakılığı pisləyərək, onlardan üzr istəyib:

"Lənət şeytana, niyə mən həmişə siyasətə qatılmalıyam?

Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam. Müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz?

Nə üçün siz onların dininə hörmətlə yanaşmırsınız, onların inancına qarışırsınız?

Mən bilirəm ki, bizim respublikanın prezidenti homoseksualistir.Ancaq bu mövzuya heç kəs və heç zaman toxunmur.

Onun təcrübəsizliyi üzündən yürütdüyü siyasət, bizi uçuruma aparır.Öz adımnan həmvətənlərimə və bütün müsəlman icmasına salam göndərirəm.
Edilən təhqirlərə və nifrətə görə üzr istəyirəm. Hamını sülh içində yaşamağa dəvət edirəm"

Qeyd edək aktyor Fransa Prezidenti Fransua Ollandın illik gəliri 1 milyon avrodan çox olan şəxslərdən 75 faiz vergi tutulmasını nəzərdə tutan vergi islahatından sonra yaşayış yerini dəyişməyə qərar vermişdi. O, Fransa pasportundan imtina edərək Belçika vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bəyan etmişdi.

2013-cü ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fransız aktyor Jerar Depardyenin Rusiya Federasiyası vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalamışdı.Hazırda aktyor Rusiya vətəndaşıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR