“Sevda” ilə vida mərasiminin keçiriləcəyi yer açıqlandı

5-08-2015, 14:18 1034 dəfə baxılıb

“Sevda” ilə vida mərasiminin keçiriləcəyi yer açıqlandı



















Əməkdar artist dünən vəfat edib

Avqustun 4-də vəfat etmiş Azərbaycanın əməkdar artisti Tanilə Əhmərova ilə vida mərasimi bu gün saat 13:00-da Təzə Pir məscidində keçiriləcəkdir.

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.

İyunun 1-də 65 yaşı tamam olan aktrisa 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bir çox filmlərdə rol alıb, onun çəkildiyi filmlər “Sevinc buxtası” “Şir evdən getdi”, “Üzü küləyə”, “Qayınana”, “Yarımçıq qalmış mahnı”, “Üzeyir ömrü”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Portağal” (Ukrayna), “Hər şeydən əvvəl düzlük” (Özbəkistan), “Dağıdılmış körpü” (1996) və s.dir

Allah rəhmət eləsin!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR