Ağcabədi rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub

18-08-2015, 15:52 1306 dəfə baxılıb

Ağcabədi rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub



























Buna səbəb, hörmətli Şahin müəllimin peşəkar idarəçiliyi ilə, rayonun hər bir sahəsinə yeniliklərini tətbiq etmək istəyinin varlığıdır

Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri də Ağcabədi rayonudur. Və bu rayon 1939-1962-ci illərdə şəhərtipli yaşayış məntəqələrindən biri hesab olunmuş və Ağdam dəmiryolu stansiyasından 45 km, Bakıdan isə 374 km aralı məsafədə yerləşir. Onu da qeyd edək ki, Ağcabədi rayonu Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərində yerləşməklə bərabər, Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd və Beyləqan rayonları ilə də həmsərhəddir. Bu rayonun adı tarixdə ilk dəfə 1593-cü ildə çəkilmiş və qədim tayfaların yaşayış məskənlərindən biri olmuşdur. Eyni zamanda Ağcabədinin ərazisində tarixi, memarlıq və incəsənət abidələri də mövcud olmuşdur. Belə ki, aparılan araşdırmalar zamanı rayonun müxtəlif ərazilərində eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş məskənlərinin qalıqları da aşkar olunmuşdur. Ağcabədi Qarabağın dayağı hesab olunan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir. Rayonun Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının, Şahsevən kəndinin adı isə, Şahsevən qvardiyasının adı ilə bağlı olmuşdur.

Məlum olduğu kimi, son illər respublikamızda regionların sosial-iqtisadi inkişafı məqsədilə, bir çox dövlət proqramı layihələri həyata keçirilməkdədir. Həyata keçirilən dövlət proqramları artıq bir neçənci mərhələdədir. Onu da qeyd etmək istəyirik ki, 2005-ci ilə qədər Ağcabədidə nəzərə carpacaq dərəcədə islahat proqramları həyata keçirilməmişdir. Yerli məmurların bürokratik əngəlləri, nəinki rayonu inkişaf tempindən saxlamışdı, hətta əhalinin uğurlu gələcəyə olan ümidlərini də heçə endirmişdir. Təbii ki, belə bir hal ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin də diqqətindən kənarda qalmadı. Və ağcabədililərin müəyyən narazılıqlarını eşidən möhtərəm Prezident, səhlənkar rayon rəhbərlərinin şəxsi mənafelərini güdməsi ucbatından, illər uzunu yığılıb qalmış problemlərin həll olunmasına yol açır. Belə ki, dövlət başçısının 26 dekabr 2005-ci il tarixdə imzaladığı sərəncam əsasında, cənab Şahin Məmmədov Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur. Bundan sonra rayonda köklü islahatlara rəsmən start verilir.

Keçirilən tədbirlərdə rayon İH-nin başçısı, rayonun keçmiş rəhbərlərinin fəaliyyətsizliyindən danışmağı özünə rəva bilməsə də, daim o məqamı vurğulayır ki, başqa bölgələrdə geniş miqyaslı tikinti-quruculuq, abadlıq işləri aparıldığı zaman, Ağcabədi bu proseslərdən kənarda qalırdı. Artıq bu gün hər kəs görür ki, rayonun bütün sahələrində irəliləyişlər əldə olunur. Bu da ona görə baş verir ki, rayonda həyata keçirilən bütün layihələr yerlərdə aparılan təhlillərə, əhalinin arzu və təkliflərinə, maraqlarına uyğun hazırlanır. Həyata keçirilən layihələrin icrasına mütəxəssislərlə, ağsaqqallarla, gənclərlə, rayondan kənarda yaşayan ziyalılarla məsləhətləşmələrdən sonra başlanılır.

Onu da qeyd etmək yerinə düşər ki, ölkə prezidenti sonuncu dəfə Ağcabədidə olarkən görülən işlərdən, həyata keçirilən tədbirlərin nəticəsindən razı qalır. Təbii ki, rayon əhalisi də bu inkişafa görə sevinir. Çünki, ölkə rəhbərinin diqqət və qayğısı sayəsində, yerlərdə əhalinin sosial həyat tərzi daim dəyişir, yeniləşir və zənginləşir.

Ş.Məmmədovun verdiyi bilgiyə görə, əvvəllər sosial müdafiə barədə Ağcabədidə fikir ondan ibarət olub ki, vətəndaş tələb etdikdə ünvanlı sosial yardım almalıdır. Artıq bu yanlış düşüncəyə rayonda son qoyulmaq üzrədir. Aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, sakinlər zəhmətdən doğan qazanca daha çox üstünlük verməyə başlayıblar. Rayon İcra Hakimiyyəti isə öz növbəsində, yeni-yeni iş yerləri açmaqla, əhalinin maddi təminatını yaxşılaşdırmağa çalışır. Bu gün hər bir ailə başçısı öz məsuliyyətini dərk edib, şəxsi problemlərinin həllini artıq öz üzərinə götürür. İcra orqanları isə sadəcə olaraq, problemlərin həlli üçün lazımi şərait yaradırlar.

Ağcabədidə son illər tikilənlər, qurulanlar, yaradılanlar, çəkilən yollar, görülən işlər göz qabağındadır. Və belə bir halın varlığı da, bütün rayon əhalisini fərəhləndirir. Yeni layihələrə gəldikdə isə, rayon İH-dən bildirilir ki, yaxın dövrdə bir çox layihələr də həyata keçiriləcək. Yeni uşaq bağçaları və məktəblər inşa olunacaq, şəhərin bir neçə küçəsi əsaslı təmir ediləcək, abadlaşdırılacaq və asfaltlaşdırılacaq. Mavi qaz çəkilişi bütün kəndlərə də şaxələnəcək. Bəzi kəndlərdə müasir heyvandarlıq müəssisələri də yaradılacaq. Rayonun bir neçə ərazisində yeni artezian quyuları qazılacaq. Beləliklə, yaxın bir-iki ilə yerli əhali də, qonaqlar da, xaricdən gələn əcnəbilər də tamamilə yeniləşmiş bir Ağcabədi görəcəklər. Şahin müəllim daim vurğulayır ki, “məsuliyyəti yükü möhtərəm prezidentimizin qarşısında üzərimə götürmüşəm və bu məsuluyyətin də öhdəsindən layiqincə gəlməyə çalışacağam”. Biz də belə bir məsuliyyətli işlərin həyata keçirilməsində, cənab Şahin Məmmədova uğurlar diləyirik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR