Metropolitendə inanılmaz vaqon korrupsiyası-İDDİA

2-09-2015, 16:11 947 dəfə baxılıb

Metropolitendə inanılmaz vaqon korrupsiyası-İDDİA

















Fransa istehsalı olduğu deyilən yeni qatarların Ukraynadan alındığı üzə çıxıb, dartma gücü isə çox zəifdir

Avropa Yay Oyunları ərəfəsində Bakı Metropoliten İdarəsi açıqlama vermişdi ki, Bakıya yeni vaqonlar gətiriləcək. Redaksiyamız xəbər verir ki, həmin vaxt həqiqətən də Bakı metrosunda yeni dizaynlı, daha komfortlu vaqonlar istifadəyə verildi. Hətta kondisonerli vaqonların rahatlığından insanlar da razılıq edirdilər. Amma…

Həmin vaqonlar bir müddət istifadə olunsa da, son dövrlər gözə dəymir. Və ya gün ərzində sərnişinlər onlardan bir-iki dəfə istifadə etmək imkanı qazanıblar. Qalan vaxtlar isə əsasən köhnə versiya vaqonlardan istifadə etməli olurlar. Səbəbi isə çox maraqlıdır.

Mühacirətdə yaşayan tanınmış jurnalist Fikrət Hüseynlinin apardığı araşdırma nəticəsində məlum olub ki, Fransa istehsalı kimi təqdim olunan bu vaqonların əslində, Ukraynadan alınıbmış. Həmin təzə vaqonları Bakıya gətirdikdən sonra isə bəlli olub ki, onların dartma gücü çox zəifdir və bu səbəbdən də yüksək yerlərə qalxa bilmir. «Bu sirrin açılıb aləmin bir-birinə dəyməməsi üçün həftədə bir dəfə qoşqu ilə vaqonları İçəri Şəhər və Əcəmi metrosuna dartıb aparır, ordan da sonra üzü aşağı buraxırlar ki, hərəkət etsin. Camaat da bu minvalla həftədə bir-iki dəfə təzə vaqon görür ya görmür. Hamı da elə bilir ki, vaqonları Bakıya gələcək qonaqlara saxlayırlar. Daha fikirləşmirlər ki, ucuz vaqonu baha qiymətə sənədləşdirib, gətirib camaata sırıyıblar. İndi də sağa-sola sürüyürlər”.

Qeyd edək ki, əgər bu iddia təsdiqini taparsa, o zaman Bakı Metropoliteninə ciddi korrupsiya ittihamı irəli sürmək olacaq. Ona görə ki, həmin vaqonların alınması üçün külli miqdarda pul xərclənməklə yanaşı, həm də istehsal yeri yanlış göstərilib. Bu isə Fransa qiymətinə Ukrayna malının alınması fonunda ciddi maliyyə yeyintisi anlamına gələcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR