Sumqayıt Azərbaycanın nümunəvi şəhərinə çevrilib

15-08-2015, 12:35 932 dəfə baxılıb

Sumqayıt Azərbaycanın nümunəvi şəhərinə çevrilib

























Sumqayıt sülh və əminamanlığı simvolizə edən bir şəhərdir!

Azərbaycanın hər bir bölgəsində aparılan geniş abadlıq-quruculuq işləri, Sumqayıtda da sürətli templərlə həyata keçirilir. Şəhərin küçə və prospektlərində, parklarda, məhəllədaxili ərazilərdə geniş şəkildə yenidənqurma işləri aparılır. Ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı olduqca sevindirici haldır. Əlbəttə ki, Sumqayıt şəhərinin bu cür sürətlə inkişaf etməsi başda Cənab Prezident İlham Əliyev olmaqla, Sumqayıt şəhəri İcra başçısı Eldar Əzizovun da xidmətləri danılmazdır.

Bu gün biz əminliklə deyə bilərik ki, Sumqayıt öz kreativ və göz oxşayan görünüşü ilə heç də Bakıdan geri qalmır. Sumqayıt camaatının firavan yaşaması üçün bu gün Sumqayıtda hər bir şərait yaradılıb.

Şəhərdə aparılan yenidənqurma işləri Sumqayıtı Avropa standartlarına uyğun bir şəhərə çevirib. Bütün bunlar təbii ki, icra başçısı Eldar Əzizovun şəhərdə aparılan abadlıq işlərinə göstərdiyi diqqət və qayğı sayəsində ərsəyə gəlib.

Şəhərdə salınan böyük parkda göz oxşayan “sülh göyərçini” abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir. Şəhərdə ən müasir standartlara uyğun restoranlar, otellər, ticarət mərkəzləri öz fəaliyyəti ilə Sumqayıt camaatına rahatlıq və sevinc bəxş edir. Təbii ki, bütün bunlar Cənab Prezidentin apardığı uğurlu və balanslaşdırılmış dövlət siyasəti, bu siyasətə etibarlı olduğunu dəfələrlə sübut etmiş icra başçısı Eldar Əzizovun sayəsində reallaşır.

Etiraf etmək gərəkir ki, hazırda dünyada vüsət alan iqtisadi böhran abu-havasında Azərbaycandan qat-qat böyük dövlətlərdə belə, dövlətimizdəki kimi sürətli inkişaf tempi, təsadüf edilmir. Onu da nəzərə çatdırmaq gərəkir ki, bu yenidənqurma işləri məhz Azərbaycan xalqına ləyaqətlə xidmət göstərmək amalına əsaslanır. Bu gün əgər Azərbaycanda aparılan bu inkişaf tempi bütün bölgə və regionlarla bərabərhüquqlu şəkildə aparılırsa, bu sadəcə dövlət rəhbərimizin öz xalqına verdiyi sabit, rahat və gözəl həyat şəraiti sayəsindədir.

Sumqayıt bu gün Azərbaycanın sənaye şəhəri kimi böyük və əsaslı tarixə malik bir şəhəridir. Təsadüfi deyil ki, Sumqayıt şəhəri hər il sentyabrın 22-23 tarixində şəhərin yaranmasının ildönümünü qeyd edir. Xatırladaq ki, qarşıdan gələn həmin tarixdə Sumqayıt şəhəri 66-cı il dönümünü qeyd edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR