Daim yenilənən Astaramız

23-08-2015, 12:15 973 dəfə baxılıb

Daim yenilənən Astaramız


























Astara şəhəri - Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Astara rayonu Azərbaycanın cənub hissəsində yerləşir. Şimalda Lənkəran və Lerik rayonları, Cənubdan və Qərbdən İranla və Talış dağları, Şərqdə Xəzər dənizi ilə həmsərhəddir

Bu gün Astara öz düvrünün ən gözəl görüntüsü ilə gözləri oxşayır. Astarada bu gün yenidənqurma işləri və abadlıq işləri aparılır. Şəhər daim yenilənərək, öz əhalisini sevindirir, könüllərini xoş və yaşamlarını rahat edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin danılmaz qayğısı və diqqəti sayəsində bu gün Astara Şəhəri İcra Hakimiyyəti də şəhərdə gedən işləri müvəffəqiyyətlə icra edir. Şəhərin icra başçısı Qəzənfər Ağayev bu gün Astaranı göz bəbəyi kimi qoruyur və Astaranın daim yenilənməsi üçün əlindən gələni əsirgəmir.

Astara şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılmış park bu gün şəhərin ən gözəl məkanlarındandır. Astarada insanların asudə vaxtlarının keçirilməsi üçün nəzərdə tutulmuş geniş və gözəl parkla yanaşı, əhalinin işlə təminatını nəzərə alaraq böyük fabrik və zavodlar da tikilib, istifadəyə verilib. Buna misal olaraq, “Astaraçay” MMC-nin çay emalı fabrikini göstərmək olar. “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Konxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.Burada, həmçinin Cənubi Koreya şirkətinin layihəsi əsasında çay fabriki də inşa edilib. Ərazisi 4,5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir çəkici-bükücü avadanlıq quraşdırılıb. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür. Burada çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Yüz ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir ki, Astara da məhz bu cür torrpaq hesab edilir.

İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Bu gün müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.

Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsi ilə müşayiət olunmaqdadır. Astarada aparılan quruculuq işləri çərçivəsində yeni park və xiyabanların salınmasına, mövcud olanların isə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bütün bu işlərdə isə Astara şəhəri icra başçısının Qəzənfər Ağayevin verdiyi əmək xüsusi qeyd olunmalıdır.

Astara rayonunun iqtisadi vəziyyəti 6 ayda 5,7 faiz artmışdır. Qeyri-neft sektorunda daha yüksək nailiyyət əldə edilərək 9,2 faiz artıma nail olunmuşdur. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu isə o deməkdir ki, Azərbaycanda əhalinin pul gəlirləri inflyasiyanı üstələyərək 6,2 faiz artmış, inflyasiya 3,5 faiz olmuşdur. Kənd təsərrüfatı da yüksək artım tempi ilə inkişaf edərək 7.3 faizdən artıq göstərici ilə müşahidə olunmaqdadır. Bu isə bir daha sübut edir ki, bütün Azərbaycanda inkişaf yüksək səviyyədə gedir.

Hələ 2015-ci ilin birinci yarısında Astara rayonunda xeyli işlərin görüldüyü də danılmazdır. 2015-ci ilin birinci yarısında rayonda 394 iş yeri açılmışdır ki, ondan da 81 iş yeri yeni yaradılmış müəssisə və təşkilatlardadır.

Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər – Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilmiş, Kijəbə qəsəbəsində 1200 kv.metr və Ərçivan qəsəbəsində 1800 kv.m asfalt beton qarışığından təmir işləri yerinə yetirilmişdir. Astara şəhərinin küçələrində 11.000 kv.m əsaslı təmir işləri aparılmışdır. Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində yeni körpünün tikintisinə başlanılmışdır. Şəhərin mərkəzi küçələrində küveytlər təmizlənmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, ictimai yaşayış binalarının fasad hissəsi və dam örtüyündə təmir işləri aparılmışdır.

Şəhər icra başçısının gördüyü işlərin ən gözəl nümunəsi Astarada dənizkənarı park-bulvar kompleksinin salınmasıdır. Şəhərin mərkəzində yerləşən bu mədəniyyət və istirahət kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Yaradılan bu dənizkənarı park-bulvar kompleksi ilk növbədə şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və şəhərə xüsusi yaraşıq verən bu istirahət ocağı Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları da qoyulub.

Yenilənən Astara daim öz gözəl və müasir görüntüsü ilə gözləri oxşayır. Bu gün əminliklə deyə bilərik ki, Astara şəhəri heç də Azərbaycanın paytaxtı bakıdan geri qalmır.

Daim yenilənən Astaramız


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR