“Qismət M-House” MMC-nin yaşıllıqlara vurduğu ziyan yenidən qiymətləndirilməlidir

23-10-2023, 11:00 270 dəfə baxılıb

“Qismət M-House” MMC-nin yaşıllıqlara vurduğu ziyan yenidən qiymətləndirilməlidir



Bu günlərdə "Azerinfo.tv" saytında “Kimin cərimə ödəməyə pulu var, harda istəsə ağac məhv edə bilər?” sual başlıqlı məqalə dərc olunub. Məqalənin qayəsini təşkil edən məsələ bundan ibarətdir ki, saytın baş redaktorunun Bakı şəhəri Nizami rayonu ərazisində ağacların, yaşıllıqların məhv edilməsini əks etdirən, foto-video vasitələrlə çəkdiyi görüntülər rayon prokurorluğunda araşdırılmışdır. Əsas faktlar Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində “Qismət M-House” MMC tərəfindən 2022-2023-cü illərdə tikinti işləri aparılan zaman ərazidə ağacların qanunsuz kəsilməsi bağlıdır.
Məqalədə xatırladılır ki, sözügedən ünvanlarda “Qismət M-House” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən yüksəkmərtəbəli binaların inşa edildiyi yerdə 2022-2023-cü illərdə yaşıllıqlar kəsilərək məhv edilmiş, qanunvericiliyin tələbinə görə bina inşa edilməzdən əvvəl ağaclarm ərazidən köçürülməsinə dair Ekologiya Nazirliyinin Ekspertiza İnstitutu rəy verməliydi. Yəni, həmin ağaclar kəsilməli deyil, sadəcə yeri dəyişdirilərək başqa əraziyə köçürülməli, orada qulluğu davam etdirilməliydi. Lakin, həmin ünvanda yaşıllıqlarm başqa əraziyə köçürülmədən məhv edilməsi barədə tərəfimizdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də məlumat verilmişdir. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafızəsi Şöbəsinin işçiləri həmin ərazidə olan yaşıl ağacların əvvəlcə budanmasını, daha sonra kəsilərək məhv edilməsini həyata keçirmiş, torpaq sahəsi “Qismət M-House” MMC-yə aid olduğundan həmin cəmiyyətin bu işlərin görülməsində əli olmasından şübhələnirdik. Yaşıllıqlar kəsilməmişdən əvvəl, yəni tikinti başlanılmamışdan əvvəl orada olan ağacları videogörüntüyə çəkmişdik...”
Məqalə müəllifi təəssüf hissilə qeyd edir ki, həmin məhv edilmiş yaşıllıqların və ağacların konkret olaraq sayını və kəsilmə tarixini dəqiqləşdirməyib: “Ağaclar və yaşıllıqlar “Qismət M-House” MMC tikinti işlərinə başlamazdan əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin işçiləri tərəfindən əvvəlcə budanmış, daha sonra isə həmin ərazidə olan bütün ağaclar və yaşıllıqlar məhv edilmişdir.
Prokurorluğun araşdırması zamanı izahatı alınmış “Qismət-M House” MMC-nin direktoru İbadov Anar Rahib oğlu təsdiqləmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 24 ünvanında yerləşən 5 mərtəbəli binanın söküntüsünü həyata keçirdiyi, yerində yeni, 14 mərtəbəli binanın tikintisini həyata keçirdiyi vaxt tikintinin aparılmasına maneçilik törədən bir sıra ağaclar adlarını xatırlamadığı fəhlələr tərəfindən müvafıq rəy alınmadan götürülmüş, qeyd edilən hallar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı müəyyən edilərək cəmiyyət barəsində 2 dəfə olmaqla inzibatı cərimə tətbiq edilmişdir. Belə ki, ilkin olaraq 2022-ci ilin aprel ayında 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən yaşıllıqların qorunması ilə bağlı keçirilən monitoriq zamanı cəmiyyət tərəfindən 18 ədəd ağacın və 4 ədəd kolun müvafiq icazə olmadan köçürülməsi halı aşkar edildiyindən, cəmiyyət barəsində zəruri sənədlər toplanılaraq baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş, məhkəmənin 04.05.2022-ci il tarixli 3(007)-937/2022 saylı qərarına əsasən cəmiyyət 15.000 manat məbləğində cərimə edilmiş, bundan başqa 2023-cü ilin yanvar ayının əvvəllərində 11 saylı RETSİ-nin əməkdaşları tərəfındən keçirilmiş növbəti monitoriq zamanı cəmiyyət tərəfindən 5 ədəd müxtəlif ağacın qanunsuz götürülməsi halı aşkar edildiyi üçün yenidən toplanmış sənədlər baxılması üçün 11 saylı RETSİ tərəfindən Nizami rayon məhkəməsinə göndərilmiş, məhkəmənin 02.02.2023-cü il tarixli 3(007)-264/2023 saylı qərarı ilə cəmiyyət barəsində 50.000 manat məbləğində cərimə tətbiq edilmiş, hər iki cərimə cəmiyyət tərəfindən hazırda dövlət büdcəsinə ödənilmiş, etdiyi əməldən peşmandır.
Araşdırma zamanı izahatı alınmış 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttişi Teymurov Rəvan Əjdər oğlu da bildirmişdir ki, 2013- cü il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitirinq sektorunun baş məsləhətçi-müfəttiş vəzifəsində işləyir, vəzifəsi xidməti ərazidə ətraf mühitin qorunmasına və müvafıq qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etməkdən, baş vermiş pozuntuların yerində araşdırılmasından, nazirliyə daxil olmuş ərizə və şikayətlərin araşdırılmasmdan ibarətdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Agentliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov və M.Gəncəvi küçələrinin kəsişməsində (3 ədəd yeni yaşayış binaları) “Qismət-M House” MMC tərəfindən aparılan tikinti sahəsində yaşıllıqlarm götürülməsinə dair məktubu İdarınin 05.01.2023-cü il tarixli BO 002 saylı sərəncamına əsasən tərəflərindən yerində araşdırılmış, araşdırma MMC-nin direktoru İbadov Anar Rahib oğlunun iştirakı ilə aparılmış, araşdırma zamanı məlum olmuşdur kı, MMC tərəfindən 2-ci binanın bünövrə qazıntı işlərinə başlanılmış, DEEA tərəfindən təqdim olunmuş ərazinin əvvəlki fotoşəkilləri ilə hazırkı vəziyyətinin müqayisəli təhlili zamanı ərazidən yaşıllıqlarm bünövrə qazıntısı zamanı götürüldüyü öz təsdiqini tapmış, məlum olmuşdur ki, ərazidən 2 ədəd sərv, 2 ədəd qarağac, 1 ədəd tut ağacı bönövrə qazmtısı zamanı ərazidən götürülmüş, kök qalıqları ərazidə qalmamış, MMC-nin direktoru Anar İbadov araşdırma zamanı bünövrə qazıntısı zamanı yaşıllıqiarın götürüldüyünü təsdiq etsə də, buna göstəriş vermədiyini qeyd etmiş, araşdırmanın nəticəsi olaraq “Qismət-M House” MMC tərəfındən yaşıllıqların qanunsuz götürülərək inzibati xəta törətdiyi məlum olmuş, MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 saylı qərarmm tələblərinin pozulması qeydə alınmış, toplanmış materiallar, ərazinin müqayisəli fotoşəkilləri akta əlavə olunmuş, qeyd edilən ağaclarm kök qalıqları və gövdələri ərazidə müəyyən edilmədiyindən həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsi mümkün olmamış, bu səbəbdən qeyd edilən ağaclarm götürülməsində Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin mövcud olub-olmaması müəyyən edilməmiş, bu səbəbdən cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş, məhkənənin yekun qərarı ilə cəmiyyət 50.000 manat məbləğində cərimələnmişdir.
Materiala Bakı şəhəri, Nizami rayon məhkəməsinin 04.05.2023-cü il tarixli 3(007)-937/2022 saylı və 02.02.2023-cü il tarixli 3(007)-264/2022 saylı qərarları, “Kapital Bank” ASC-nin 11.05.2022-ci il tarixli ODl saylı və 12.01.2023-cü il tarixli OD7 saylı ödəniş tapşırıqları (cərimələrin ödənilməsi barədə) əlavə olunmuşdur.
Cinayət Məcəlləsinin 259-cu maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kollarm və ya digər yaşıllıqlarm, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqlarm qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Yuxarıda qeyd etdiyimiz kimi, kəsilən ağacların sayının, kəsilmə tarixinin, diametrlərinin (kök boğazının ölçüləri) qeyri-müəyyən olması dövlətə hansı məbləğdə ziyan vurulmasını müəyyən etməyə mane olmuş, o üzdən toplanmış araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Lakin "Azerinfo.az" saytında təqdim olunan video-foto qeydləri biz də görmüşük. Aşkar görünür ki, həmin görüntülər təkcə onları qeydə alan jurnalist tərəfindən deyil, eyni zamanda ETSN işçiləri tərəfindən də yetərincə incələnməyib. Heç rayon prokurorluğu da məhv edilən ağacların sayını və diametrlərini görüntülərə əsasən dəqiqləşdirməyə meyl göstərməyib. Bir sözlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Agentliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də (həm sabiq rəis Vaqif Cavadovun, həm də indiki rəis Qafar Ağayevin dövründə), Bakı şəhər İcra Hakimiyyətinin Şaiq Vəliyevin rəhbərlik etdiyi Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bitki Mühafizəsi şöbəsi də, Nizami rayon prokurorluğunun müstəntiqi Cavad Kürəbəyov da hər vəchlə “Qismət-M House” MMC tərəfındən qanunsuz götürülən ağacların, yaşıllıqların həcmini cinayət tərkibi yaradacaq qədər, yəni yaşıllığa vurulan ziyanı külli miqdarda göstərməsinlər. Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətləri müəyyən edilməsin. Əks təqdirdə həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmalıydı. Razılaşın ki, hüquq-mühafizə və cinayət təqibi orqanları heç kəsə belə iltifatı quru “sağ ola” göstərmirlər.
Başqa bir nüansı da nəzərdən qaçırmaq olmaz: ETSN-nin də, Bakı ŞİH-nin də məsul şəxslərinin vəzifəsi yalnız ondan ibarət deyildir ki, yaşıllıqların məhv edilməsi xəbərini alandan sonra hərəkətə keçsinlər, hadisə yerinə gəlib vurulan ziyanın həcmini müəyyənləşdirməklə işlərini bitmiş hesab etsinlər. Hadisə şahidi olan vətəndaş baş verənlərə laqeyd də qala bilər. Lakin ETSN-nin aidiyyəti qurumlarının rəhbər və funksionerlərinin vəzifəsi həm də təhkim olunduqları əraziyə mütəmadi nəzarət etməkdir.

Rahim Hümbətov


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR