Düşmən aprel döyüşlərindən film çəkdi

15-08-2019, 22:23 401 dəfə baxılıb

Düşmən aprel döyüşlərindən film çəkdi


Ermənilər Qarabağla bağlı yeni film çəkib.

Filmin çəkilişində Ermənistanla yanaşı Litva, Almaniya, İtaliya, Bolqarıstan, Çexiya və Avstraliya da iştirak edib. Filmdə baş rollarda Riçard Zammel, Ninya Kronyager, Leonardas Pobedonostsevas, Naira Zakaryan, Sos Canibekyan və Tatyana Spivakova iştirak edir. Film 2016-cı ildə Qarabağda baş verən olaylardan, eləcə də aprel döyüşlərindən bəhs edir. Filmdə azərbaycanlılara əsir düşən foto müxbirin həyatı, onun döyüş yoldaşlarının fəaliyyəti işıqlandırılır. Oktyabr ayında filmin İrəvanda təqdimatı həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, son illər ermənilər Qarabağ və onun tarixi ilə bağlı çoxsaylı filmlər çəkməkdə, Qarabağın tarixini təhrif edilmiş formada ictimaiyyətə çatdırmaqdadır.moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR