2020-ci ildən hər doğulan erməni uşağı 630 dollar(1071 AZN) müavinət alacaq?

28-10-2019, 21:04 338 dəfə baxılıb


2020-ci ildən hər doğulan erməni uşağı  630 dollar(1071 AZN) müavinət alacaq?
“Yanvarın 1-dən vergi məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar olaraq 2020-ci ildən sosial və iqtisadi vəziyyətin dəyişməsi gözlənilir”.

Moderator.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, bu sözləri işğalçı ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 2020-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

“1 yanvar 2020-ci il tarixindən vergi məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minir. Təxmini hesablamalara görə, bu düzəlişlər nəticəsində 200 min insanın maaşları artacaq. Maaşlarda artım gəlir vergisinin bərabərləşdirilməsi nəticəsində baş verəcək” –deyə N.Paşinyan bildirib.

O qeyd edib ki, pensiyaların orta məbləğinin 10% artırılması planlaşdırılır və 1 iyul 2020-ci il tarixindən etibarən uşağın doğuluşu zamanı verilən birdəfəlik müavinətin həcmi 300 min drama(təxm. 630 ABŞ dolları və ya 1071 AZN) çatdırılacaq."

“Hazırda ailədə birinci və ikinci uşaq dünyaya gələrkən müavinətin miqdarı müvafiq olaraq 50(təxm. 105 dollar və ya 179 AZN) və 150 min dramdır(təxm. 315 dollar və ya 536 AZN ), ancaq bu rəqəmlər artacaq. 2 yaşa qədər uşaqlara qulluq üçün verilən müavinət isə mövcud 18 min dram(təxm. 38 dollar) əvəzinə 25 min 500 dram(təxm. 54 dollar) olacaq ”- işğalçı hökumət başçısı bəyan edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR