ABŞ Ərdoğanı 8,5 il ərzində 24 saat dinləyib - Sensasion təfərrüat

11-07-2015, 12:44 790 dəfə baxılıb

ABŞ Ərdoğanı 8,5 il ərzində 24 saat dinləyib - Sensasion təfərrüat




















Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili Ərdal Aksüngər xarici ölkə kəşfiyyatının prezident Rəcəb Tayyib Ərdoğanı 8.5 il ərzində dinlədiyini irəli sürüb

Iddiayla bağlı sənədləri öz gözü ilə görüdüyünü söyləyən Aksüngər Almaniyanın "Focus" jurnalının bunu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) həyata keçirdiyini yazdığını xatırladıb.

Bu məsələyə çox ciddi yanaşmaq və lazımi tədbirləri görmək lazım olduğunu vurğulayan Aksüngər "bundan sonra Fuad Avninin kim olduğunu axtarırsınız?" deyə soruşub.

CHP İzmir millət vəkili Ərdal Aksüngər partiyanın qərargahında təşkil etdiyi mətbuat konfransında prezident Ərdoğanın ABŞ kəşfiyyatı tərəfindən 8.5 il ərzində 24 saat dinləndiyini bildirib.

Müştəriləri arasında türk polisinin də olduğu casus proqram satan İtaliya şirkəti "Hacking Team"-ın özünün də haker hücumuna məruz qalmasından danışan Aksüngər sözlərinə belə davam edib:

"Belə proqramları kompüterlərdə də quraşdırmaq mümkündür. Artıq bu, dünyanın bir nömrəli problemi halına gəlib. Bunu əvvəllər də söyləmişik. Bunların qarşısının alınması çox asan deyil. Amma nəzarətin artırılması və qaydaların qoyulması çox vacibdir."

Bu kimi antivirus proqramların inkişaf etmiş ölkələr əvəzinə Türkiyə kimi inkişaf etməkdə olan ölkələrə satıldığını vurğulayan Aksüngər hüquq mühafizə orqanlarının belə proqramları alarkən həvəskarcasına davrandıqlarını söyləyərək ölkə təhlükəsizliyinin bu yolla çox zəif olduğunu bildirib.

"Amerika qitəsi ilə Avropa qitəsini birləşdirən bütün böyük optik şəbəkə İngiltərədən keçir. Silikon Vadisindəki şirkətlərin 90 %-i NSA ilə çalışır və onlar üçün arxadan qapı açmış vəziyyətdədirlər. Yəni, bütün məlumatları çəkə bilirlər. Bu gün önünüzdəki kompüterdəki hər şeyi çəkmək imkanına malikdirlər. Ərdoğanı 8.5 il ərzində 24 saat ərzində dinləmişlər. Bu dediklərim sənədlərdə var. Bəlkə hələlik həmin sənədlər gizli saxlanır. Amma biz bu sənədləri gördük. Bu qədər bir zəiflik var ikən, buna heç bir şey etməmək Türkiyənin gələcəyi üçün təhlükədir."


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR