Putin Qərbi hədələdi:“Ukrayna və Gürcüstanı NATO-ya üzv etmək istəyənlər nəticələr barədə də düşünsünlər”

19-07-2018, 19:03 450 dəfə baxılıb

Putin Qərbi hədələdi:“Ukrayna və Gürcüstanı NATO-ya üzv etmək istəyənlər nəticələr barədə də düşünsünlər”


“Ukrayna və Gürcüstanı NATO-ya daxil etmək istəyənlər belə məsuliyyətsiz siyasətin nəticələri barədə də düşünməlidirlər. Rusiya bu aqressiv addıma qarşı qarşı eyni tərzdə reaksiya verəcək”.

Strateq.az “RİA-Novosti”yə istinadən bildirir ki, bu barədə prezident Putin bəyan edib. O, bunu “təcavüzkar addım” adlandırıb: “Rusiaya üçün təhlükə yaradan belə təcavüzkar addıma qarşı lazımi qaydada cavab verəcəyik” –deyə Putin səfirlər və diplomatik nümayəndələrlə iclası zamanı vurğulayıb.

Prezident qeyd edib ki, Avropanın təhlükəsizliyi əməkdaşlıq və etimadın inkişafından keçir: “Avropada təhlükəsizlik və sabitliyin açarı rus sərhədləri boyu NATO-nun hərbi baza və infrastrukturlarını qurmaqda yox, əməkdaşlığın və etimadın genişləndirilməsindədir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR