Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürüldü - Lənkəranskinin adamıdır

18-10-2018, 00:47 557 dəfə baxılıb

Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürüldü - Lənkəranskinin adamıdır


Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.

Bu barədə Criminal.Az saytına mərhumun dostu Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb.

Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb.

K.Sumqayıt mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin klanının üzvü olub. "Qanuni oğru" Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb. Həbsxanada vəziyyət yaradıb.

Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil. Əlavə məlumat veriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR