Balotelli "İnstaqram"da Azərbaycan mahnısı paylaşdı

28-06-2019, 13:24 346 dəfə baxılıb

Balotelli "İnstaqram"da Azərbaycan mahnısı paylaşdı



İtaliya millisinin hücumçusu Mario Balotelli "İnstaqram" hesabında maraqlı paylaşım edib.

28 yaşlı hücumçu sözləri və musiqisi Əsgər Osmanova aid olan və Alicanın ifa etdiyi "Yandım, ay aman" mahnısını "düşüncələr..." başlığı ilə sosial şəbəkə hesabına (https://www.instagram.com/p/BzAy7EvIa6I/) yerləşdirib. Futbolçunun bu addımından sonra bir çox azərbaycanlı istifadəçi ona öz təşəkkürünü bildirib, bəziləri isə onu Azərbaycana dəvət edib. Şərhlər arasında "Come to "Qarabağ" və "Come to "Sabail" yazanlar da var.

Qeyd edək ki, mövsümün sonunda "Marsel"dən ayrılan Balotelli hələ də klubsuzdur. Onun "İnstaqram"da 8,8 milyon izləyicisi var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR