İspaniyalı futbolçu Azərbaycan klubunun təklifini qəbul etmədi

24-12-2018, 14:31 373 dəfə baxılıb

İspaniyalı futbolçu Azərbaycan klubunun təklifini qəbul etmədi

İspaniyalı futbolçu Yon Aurteneçe Azərbaycan klubunun təklifini qəbul etməyib.

Ölkəsində Sequnda "B" (III Divizion) təmsilçisi "Amorebyeta"nın formasını geyinən 26 yaşlı müdafiəçi Azərbaycanın adı açıqlanmayan klubu ilə yanaşı, Belçikadan aldığı dəvəti də geri çevirib.

O, seçimini Avstraliyanın I liqasında çıxış edən "Adelaide Comets"dən yana edib.

Qeyd edək ki, mərkəz və sol cinah müdafiəçisi kimi oynaya bilən Yon Aurteneçe yetirməsi olduğu Bilbao "Atletik"i ilə yanaşı, vətənində "Selta", "Tenerife" və "Mirandes", eləcə də Şotandiyanın "Dandi" klublarında çıxış edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR