Azərbaycanın bu rayonunda eşşək südünün 1 litrini 100 manata satırlar

13-11-2015, 12:54 769 dəfə baxılıb

Azərbaycanın bu rayonunda eşşək südünün 1 litrini 100 manata satırlar













Yevlax rayonunun Varvara kəndində yaşayan Elməddin İskəndərov 5 ildir ki, bir çox xəstəliklərə dərman olan uzunqulaq südünün satışı ilə məşğuldur

O deyir ki, bu heyvan hər sağımda təxminən 50 qram süd verir. Südün 10 qramını isə 1 manata satır.
El TV (Region TV) xəbər verir ki, alıcıların arasında Yevlax sakinləri ilə yanaşı, digər rayonlardan gələnlər də olur: “Şəki, Qax, Zaqatala və digər yerlərdən gəlirlər”.
Həkim Bahar Quliyeva isə bildirir ki, uzunqulaq südü orqanizmin müqavimətini artırır. Bu südün tərkibində olan protein, kalsium, lizosin, laktoloza kimi zülallar bir sıra xəstəliklərin müalicəsi üçün mühüm əhəmiyyət kəsb edir: “Dəri xəstəliklərində uzunqulaq südündən istifadə çox məsləhətlidir. Allergik xəstəliklərdə, bronxial astmada böyük rol oynayır.Son tədqiqatlara görə, uzunqulaq südü xərçəng xəstəliyinin, mədə-bağırsağın kompleks müalicəsində böyük əhəmiyyət kəsb edir. Bu süddən qızılca xəstəliyi zamanı uşaqların immunitetini qaldırmaq üçün istifadə edilir”.
Qeyd edək ki, hazırda 1 uzunqulaq 150-200 qram südünün qitmətinə, yəni 15-20 manatadır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR