Ərzaq almağa gedən kişi 10 illik həbsxanaya yollandı

29-07-2015, 11:31 885 dəfə baxılıb

Ərzaq almağa gedən kişi 10 illik həbsxanaya yollandı


















Özündən 22 il kiçik olan Ağayev ona heç bir səbəb olmadan “ilişməyə” başlayıb

Bakı Aрellyasiya Məhkəməsində Bakı ş. sakini Bərxudar Yusifovun (1959-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

azinfo.tv xəbər verir ki, ötən il dekabrın 19-u saat 21 radələrində Binəqədi qəsəbəsi, 4-cü mədən küçəsində fəaliyyət göstərən marketin qarşısında aralarında yaranan mübahisə zamanı Bərxudar Yusifov qəsəbə sakini Nurlan Ağayevin (1981-ci il təv.) boyun nahiyəsinə bıçaqla xəsarətlər yetirərək, onu ağır yaralayıb.

Sonuncu 6 saylı şəhər xəstəxanasına aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib. Araşdırmaya başlayan Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları cinayəti törədən Bərxudar Yusifovu saxlayıblar.

İş üzrə dindirilən şübhəli şəxs Nizami rayonunda MKİS-də çilingər işlədiyini və mərhum Nurlan Ağayevlə qonşuluqda yaşadığını bildirib. Onun sözlərinə görə, həmin axşam işdən çıxandan sonra kafedə 250 qram araq içib, sonra isə evə gəlib.

Bir saatdan sonra ərzaq almaq məqsədi ilə evdən çıxıb və Ceyhun adlı oğlanın işlətdiyi mağazaya gəlib. Ora daxil olarkən Nurlan onun arxasınca marketə girib.

Özündən 22 il kiçik olan Ağayev ona heç bir səbəb olmadan “ilişməyə” başlayıb, Bərxudar isə onu uzaqlaşdırmağa çalışıb, ona görə ki, Nurlan bərk sərxoş olub.

Yusifovdan onun üçün araq almasını istəyən Ağayev axırda ona qarşı ağır söyüşlər söyüb.

Buna baxmayaraq Bərxudar çölə çıxıb və evə getmək istəyib, Nurlan isə küçədə ona yumruq ataraq, onu yerə yıxıb. Artıq buna dözməyən Yusifov yenidən mağazaya girib, piştaxtanın üzərindən mətbəx bıçağını götürüb və küçədə Nurlanın boğazına bir zərbə endirib.

Məhkəmə prosesində iş üzrə ifadə verən Bərxudar Yusifov əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən B.Yusifov apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR