Azərbaycanda polis kapitanının atasını axtarışa verdilər

18-12-2015, 11:33 697 dəfə baxılıb

Azərbaycanda polis kapitanının atasını axtarışa verdilər



















Oğul açıqlama verdi

Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 67 yaşlı Niftəli Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, ölkədə olmadığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, N. Fətəliyev Quba rayon sakinidir. Onun oğlu, Şahverdi Fətəliyev isə hazırda Quba Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində çalışır. Ş. Fətəliyev polis kapitanıdır.

Ş. Fətəliyev APA-nın sorğusuna cavabında atasının axtarışa verilməsindən məlumatsız olduğunu bildirib.

“Atam hazırda Rusiyadadır. Səhhəti ilə əlaqədar müalicəyə gedib. Onun axtarışa verilməsi ilə bağlı məlumatımız yoxdur”, - deyə Ş.Fətəliyev bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR