İki rayonun maliyyə idarəsinin rəisi təqaüdə göndərilib

24-04-2019, 17:58 340 dəfə baxılıb

İki rayonun maliyyə idarəsinin rəisi təqaüdə göndərilib

Sabirabad və Şirvan rayonlarının Maliyyə İdarələrinin müdirləri təqaüdə göndərilib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı maliyyə naziri Samir Şərifov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sabirabad rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşov və Şirvan şəhər Maliyyə İdarəsinin müdiri Həzi Qasımov təqaüdə göndəriliblər. Onların yerinə hələlik təyinat yoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR