Qayda pozan sürücülərin maşınları artıq bura gətiriləcək

2-05-2019, 12:37 361 dəfə baxılıb

Qayda pozan sürücülərin maşınları artıq bura gətiriləcək


Nazirlər Kabineti bununla əlaqədar "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə dəyişiklik edib.

Əsasnamənin mövcud variantına əsasən, Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin (BNA) mühafizə olunan duracağına gətirilir.

Əsasnaməyə edilən yeni dəyişikliklə isə qeyd edilən nəqliyyat vasitələri BNA-nın ən yaxın mühafizə olunan duracağına gətiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR