Ucar təhsilin uğurları

28-10-2019, 21:28 420 dəfə baxılıb

Ucar təhsilin uğurları


“Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.
Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.”
Bu sözləri Azerinfo.tv-yə Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov deyib:
“Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir.
Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.”

Müsahibimiz deyir ki, 2018-2019-cu dərs ilinin sonunu XI sinifləri 540 nəfər şagird bitirmiş, onlardan 370 nəfər şagird ali məktəblərə sənəd vermişdir. Ali məktəbə sənəd verən məzunlarımızdan 189 nəfəri tələbə adına layiq görülmüşdür və sənəd verənlərin 51,08% tələbə adını qazanmışdır. Bu göstərici keçən il 47,4 faiz olmuşdur. Bu il ümumilikdə keçən illərin məzunları ilə birlikdə 209 nəfər tələbə adını qazanmış və ümumi sənəd verənlərin 48,6 faiz ali məktəblərə qəbul olunmuşdur. 2018-ci ildə bu göstərici 43,8 faiz təşkil etmişdir. Ümumilikdə 51 nəfər məzunumuz 500-dən çox bal toplamış, keçən il isə 42 məzunumuz 500-dən çox bal toplamışdır.
Keçən ildən fərqli olaraq bu il Təhsil Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə şəhər 2 nömrəli tam orta məktəbin 11 sinfini bitirmiş 665 balla Bakı Ali Neft məktəbinə qəbul olunmuş Əliyeva Zəhraxanım Ceyhun qızı Qızıl medala və fərqlənmə attestatına layiq görülmüşdür. Fərəhləndirici haldır ki, məzunlarımızdan 126 nəfəri ali məktəblərə dövlət sifarişli əsaslarla qəbul olunmuşdur.
Məzunlardan 53 nəfəri ali məktəblər içində həmişə öndə gedən Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Sevindirici hal odur ki, bu gün Bakı Dövlət Universitetində 200-ə yaxın Ucarlı təhsil alır. Bu il həmçinin məzunlarımızdan 25 nəfəri Pedaqoji Universitetə, 17 nəfəri İqtisad Universitetinə, həmçinin respublikamızın digər nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar. Ali məktəbə qəbul olan məzunlarımızın cəmi 8 faiz özəl ali məktəblərə qəbul olunmuşdur. Təbi ki, bu uğurların əldə edilməsində məktəb rəhbərlərinin, fədakar müəllimlərimizin, ümumilikdə Ucar təhsil işçilərinin əməyi danılmazdır.
Bu ilki qəbulun nəticələrinə görə şəhər 2 nömrəli məktəbin 11 sinfini bitirmiş 59 məzundan 34 nəfəri (57,6 %), şəhər 1 nömrəli məktəb-liseyi bitirmiş 52 məzunundan 25 nəfəri (48,7%), şəhər 4 nömrəli tam orta məktəbin 40 nəfər məzunundan 26 nəfəri (65%), Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbi bitirmiş 30 nəfər məzundan 13 nəfəri (43,4 %), Qaradağlı kənd tam orta məktəbini bitirmiş 12 nəfər məzunundan 7 nəfər (58,3%), Şahlıq kənd tam orta məktəbini bitirmiş 9 nəfər məzundan 5 nəfəri (55,5 %), Boyat kənd tam orta məktəbini bitirmiş 11 nəfərdən 5 nəfəri (45,4 %), Qaracallı kənd 1 nömrəli tam orta məktəbi bitirmiş 23 nəfər məzundan 11 nəfəri (47,8 %), Lək kənd 1 nömrəli tam orta məktəbinin 12 nəfər məzunundan 7 nəfəri (58,3 %) ali məktəblərə qəbul olmuşdur.
665 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olan Azərbaycan Respublikası Təhsil Nazirinin 30 iyul 2019-cu il tarixli əmri ilə qızıl medalla təltif olunan şəhər 2 saylı tam orta məktəbin məzunu Zəhraxanım Əliyeva, 646 balla Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” fakultəsinə qəbul olunmuş şəhər 1 saylı məktəb liseyin məzunu Murad Hacıyev, 608 balla Azərbaycan Tibb Universitetinin “müalicə işi” fakultəsinə qəbul olunmuş şəhər 4 saylı tam orta məktəbin məzunu Nəzrin Əliyeva, 607 balla Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” fakultəsinə qəbul olunmuş Şahlıq kənd tam orta məktəbin məzunu Nurtən Namətova, bu il ilk dəfə tətbiq olunan subbakalavr üzrə Bakı Dövlət Universitetinin Qazax filialının “informatika müəllimliyi” fakultəsinə qəbul olunmuş Rəstəcə kənd tam orta məktəbin məzunu Aygül Ələsgərova və diğər məzunların uğuru bu gün Ucar təhsilin səviyyəsinin bariz sübutudur.
Yeni dərs ilində uğurlar hesab edirik ki, daha çox olacaq. Və bunda Fuad İsrəfilovun əməyi danılmazdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR