Sahibkarın otlaq sahələrinə od vuruldu- Qax icra hakimiyyətinin sərəncamından sonra

27-01-2020, 12:56 333 dəfə baxılıb

Sahibkarın otlaq sahələrinə od vuruldu- Qax icra hakimiyyətinin sərəncamından sonra

Əhməd Əhmədzadənin kurasiyasında olan Zaqatala və Qaxda məmur özbaşınalığı davam edir.
Ölkə başçısının kənd təsərrüfatının inkişafına aid sərəncamlarına baxmayaraq bu rayonlarda əksinə, sahibkarlar sıxışdırılır.
Özü də birbaşa icra başçıları tərəfindən.
Regionxeber.tv bu haqda zaqatalalı məşhur sahibkar Hacıbəy Zaqatalski məlumat verib.
O bildirib ki, “Aqro Inkisaf 2017” MMC-nin əməkdaşları ona məxsus “Ləzzət” İstirahət Mərkəzinə gələrək deyiblər ki, Qax icra hakimiyyəti “Mağara” kəndli fermer təsərrüfatına məxsus olan Ancour qışlağındakı 850 hektar ərazinin 600 hektarını “Aqro Inkisaf 2017” MMC-yə verib.
Daha sonra 600 hektarın kadastr sənədlərinə imza atılmasını istəyiblər.
“Mağara” kəndli fermer təsərrüfatının təsisçisi olan Hacıəbəy Zaqatalski bu təklifi rədd edir.
Yanvar ayının 24-ü isə sahibkara fermer təsərrüfatından çöbanlar zəng edir ki, bütün otlaq sahələrə od vurulub.
Zaqatalski fermaya gedir, həqiqətən də görür ki, otlaqlar od içində, yanıb külə dönüb. Qoyun-quzular fermadadı, özü də döl zamanında. Çobanlar şok olub hadisələrdən.
Sahibkar bütün Azərbaycan ictimaiyyətinə, hakimiyyətə səslənərək kömək istəyir. 30 illik müqavilə əsasında sahibləndiyi otlaqları əlindən almaq üçün onlara od vurulub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR