Gəyəçöl bələdiyyəsinin uğurları

8-01-2019, 13:18 648 dəfə baxılıb

Gəyəçöl bələdiyyəsinin uğurları

Masallı rayonunun Gəyəçöl kəndinin tarixi qədim olsa da, əhalisinin indiki əraziyə köçməsi 300 ildən bir az artıq vaxta təsadüf edir. Bu kəndin sakinləri köçdən əvvəl "Arxarası" deyilən yerdə (Masallı rayonunun Viləş çayının üstündə - Alma bağları kimi tanınan ərazidə) yaşayıblar. Kəndin əvvəlki adı "100 ev" olub. Kəndin bu cür adlandırılmasının səbəbi isə kəndin 100 evdən ibarət olması olub. Sonradan köç nəticəsində kəndin sakinləri indiki ərazidə məskunlaşmışlar.
Əsasən çəmənlik ərazidən ibarət olan bu böyük əraziyə Göy çöl deyirlərmiş. Bu kəndin adı da əvvəllər Göy çöl, sonralar Gen çöl, hazırda isə Gəyəçöl kimi formalaşmışdır. Qonşu kəndlərin sakinləri hələ də kəndin adını Gençöl kimi işlədirlər.

Gəyəçöl kəndində 11 illik orta məktəb, uşaq baxçası, tibb məntəqəsi, poçt, bələdiyyə və icra nümayəndəliyi binası və 1 şadlıq evi fəaliyyət göstərir.
Gəyəçöl kənd orta məktəbinin əsası isə 1932-ci ildə qoyulmuşdur.
Gəyəçöl kəndinin əhalisi müsəlmanlardan ibarətdir. Bu kəndin iki məscidi var. Məscidlər 17-ci əsrin sonlarında inşa edilmişdir. Kənd tarixində həmişə dinə böyük önəm verilmiş və əxlaq qaydalarına ciddi riayət olunmuşdur. Gəyəçöl kəndindən İraqın Nəcəf şəhərində (müsəlman dinin mərkəzlərindən biri sayılan şəhərdə) oxumuş Məşədi Əlif oğlu Molla Hüseyn Axund və Molla Əli Axunddur.
Masallı rayonun ağır seyid ocaqlarından biri olan "Mir Məcid Ağa" ocağı Gəyəçöl kəndində yerləşir. Mir Məcid Ağanın böyük oğlu Mir Məmməd Ağa (1936-1999) Masallı rayonunda böyük hörmət sahibi olmuşdur. O, həm də şair idi və onun gözəl şeirləri indi də yaddaşlardan silinməmişdir. O, həyatdan köçəndən sonra onun yolunu kiçik qardaşı Mir Əli Ağa davam etdirir.
1932-ci ildə yaradılmış Gəyəçöl kənd N. Həsənov adına tam orta məktəbi (Hal-hazırkı məktəb 360 şagird yerlikdir. Məktəbdə 26 sinif otağı, 49 müəllim, 553 şagird var.)
Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Ümumi bələdiyyə üzvlərinin sayı 842 nəfərdir. Fəaliyyətdə olan bələdiyyələrin 1-i şəhər ərazisində, 2-i qəsəbədə, qalanları isə (33 bələdiyyə) kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.
Onlardan biri də Göyəçöl kənd bələdiyyəsidir. Bələdiyyə sədri gənc və perpektivli Xəyalə Əsadovadır. Azərbaycanda, xüsusən də əyalkətdə xanım məmurları iş başında görmək nadirən olur. Amma Xəyalə xanım sübut edir ki, azərbaycan xanımı kişilərdən də effektiv işləyə bilər.
Vətəndaşlarla daim təmasda olmaq, onların dərdini-sərini dinləmək, imkanı xaricində olsa belə kömək əli uzatmaq bu xanımın iş kredosudur.
Kəndi yolları abaddır. Həm dövlə xətti, həm də Rusiya və xaricdə yaşayan biznesmen həmyerlilərimizin maddi dəstəyi ilə kəndin xaraba yolları asfaltlanıb. Bu istiqamətdə işlər hələ də davam edir.Qeyd edək ki, ən böyük maliyyə yardımını Bakıda şəxsi tikinti şirkəti olan, bir müddət əvvəl isə Cəlilabad Asfalt Zavodunun direktoru seçilən Xudayar Rəhimov edib. Kənddəki yolların demək olar ki, yarısı onun hesabına təmir olunub. Bələdiyyə üzvləri ,kənd camaatı və saytımız adından cənab Rəhimova təşəkkürümüzü bildiririk.
Qarabağ şəhidləri ailələrinə və veteranlara xüsusi dəstək olur.
Ötən il kəndin mərkəzində olan müharibə veteranları abidəsi və ətrafəı əsalı təmir olunub.
Belə də olmalıdır. Gələcək nəslin, uşçaqların and yeri olan məkan baxımlı olmalıdır.
Aztəminatlı ailələr də bələdiyyənin diqqəti altındadır. Həm Novruz, həm Qurban bayramlarında, həm də diğər əlamətdar günlərdə xeyli ailəyə yardımlar olur.
Xəyalə Əsadova deyir ki, işin düzgün qurulmasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Lənkəran regional ədliyyə şöbəsinin keçirdiyi treninqlərin, maarifləndirici tədbirləri də xüsusi rolu var.
Bələdiyyə sədrinin sözlərinə görə bu qurumların daim tövsiyyəsi odur ki, bələdiyyələr fəaliyyətlərində şəffaflığı təmin etməli, mütəmadi olaraq öz seçiciləri qarşısında fəaliyyətləri ilə bağlı hesabat verməlidirlər.
Və bu tövsiyyəyə də bələdiyyə sədrləri əməl edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR