“Media ancaq mövqeyi zəifləyən məmurları “vurur”, "dux"ları çatırsa..."

29-10-2018, 12:02 513 dəfə baxılıb

“Media ancaq mövqeyi zəifləyən məmurları “vurur”, "dux"ları çatırsa..."


Son vaxtlar ölkə mediasında vəzifədən azad edilən məmurlarla bağlı bir-briindən ilginc iddia və informasiyalar yer almaqdadır. Sabiq məmurların nəinki ölkə daxilində, hətta xaricdəki mülk və fəaliyyətlərini də gündəmə gətirən, bununla bağlı konkret məlumatlar ortaya qoyan media, əlaqədar dövlət qurumlarının bu yöndəki fəaliyyəti üçün də zəmin formalaşdırır.

Bəs hazırda yüksək vəzifələrdə təmsil olunan məmurların fəaliyyətinin necə, media tərəfindən araşdırılmasına ehtiyac varmı? Media niyə məhz işdən azad edilən, vəzifədən uzaqlaşdırılan məmurları hədəf alır?

Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bunu medianın cəsarətsizliyi, habelə ictimai nəzarət mexanizmi kimi üzərinə düşən funksiyanı yerinə yetirə bilməməsi ilə izah etdi:

“Həmişə söyləmişəm və bu gün də bildirirəm ki, ölkədəki mövcud münasibətlər sisteminə, mövcud duruma görə cavabdeh olanlardan biri də mediadır. Çünki media ictimai nəzarət vasitəsi kimi öz üzərinə düşən funksiyanı lazımınca yerinə yetirə bilmir. Baş verənlər göstərir ki, media ancaq mövqeyi zəifləyən məmurları “vurur”. “Dux”ları çatırsa, başqa məmurların da adlarını çəksinlər. Hansı ki, bu gün vəzifədə olan məmurların bir çoxunun elə ölkə daxilində hansı şirkətlərə, mülklərə sahib olduğu sirr deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR