Almaniyada özünü doğrayan azərbaycanlıların aqibəti necə olur?- “Almanlar artıq inanmırlar…”

16-08-2019, 09:12 295 dəfə baxılıb

Almaniyada özünü doğrayan azərbaycanlıların aqibəti necə olur?- “Almanlar artıq inanmırlar…”



Xəbər verildiyi kimi, Almaniyaya qaçqın statusu almaq üçün müraciət edən azərbaycanlı intihara cəhd edib.

Bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, Ibbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə İtaliyaya getməkdən imtina edən bu şəxs özünü doğrayıb:



"Hər iki qollarını kəsən şəxs 2 ay əvvəl İtaliya vizası ilə Almaniyaya gəlib. Bu gün polislər onu məcburi qaydada İtaliyaya deport etmək istədikləri zaman özünü dögrayib. Hüseyn adlı bu şəxs Kəlbəcər rayonunda anadan olub, evlidir, iki azyaşlı uşağı var. O, təcilli yardımla xəstəxanaya çatdırılib".

Ə.Əliyev Cebhe.info-ya bildirib ki, dünən gecədən etibarən şəxsin vəziyyəti ağır olaraq qalır, ancaq ölüm təhlükəsi sovuşub. Əgər o, İtaliyaya göndərilməsə, Azərbaycana qaytarılacaq.



Başqa sözlə, şəxsin özünə xəsarət yetirməsi onunla bağlı verilən qərarın icrasını müəyyən qədər ləngitsə də, ümumilikdə icrasına mane olmayacaq: “7 uşaqlı bir nəfər vardı, o da özünə xəsarət yetirmişdi, hazırda Fransadadır. Ondan əvvəl özünə xəsarət yetirən bir qadın vardı, onu da artıq Azərbaycana göndəriblər. Yəni müvafiq qurumlardakılar bilirlər ki, azərbaycanlılaırn, yaxud digər ölkələrdən olan qaçqınların bu hərəkətləri Almaniyada qalmaga hesablanmış addımdır, ona görə də artıq almanlar inanmırlar”.

Ə.Əliyev tövsiyə edib ki, təqib olunmayan, əlində müvafiq sənədi olmayanlar mühacirətə cəhd etməsinlər. Digər tərəfdən qaçqın statusu almaq istəyənlər viza aldıqları ölkəyə getməli, başqa ölkəni seçmək istəməməlidir: “Yəni hansı ölkəyə viza alıblarsa, həmin ölkədə sığınacaq üçün müraciət etməlidirlər. Əks təqdirdə belə hadisələr yaşana bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR