Vidadi İsayev niyə qorxuya düşüb?

13-11-2015, 12:08 892 dəfə baxılıb

Vidadi İsayev niyə qorxuya düşüb?
















Vidadi Zeynalovla yaxın dost olması Bərdənin icra başçısına problem olmağa başlayıb

Bərdənin icra başçısı Vidadi İsayev ciddi şəkildə qorxuya düşüb. Redaksiyamız xəbər verir ki, sözügedən şəxsin narahatlıq içində olmasının səbəbi bu yaxınlarda həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla çox yaxın dost olmasıdır.

Verilən məlumata görə, Vidadi Zeynalovla Vidadi İsayev arasındakı dostluq münasibəti qardaşlıq səviyyəsində olub. Hətta Zeynalovun hər kəlməsi icra başçısı üçün qanun sayılıb. Elə buna görədir ki, Bərdənin rəhbəri qorxuya düşüb.

Redaksiyamız xəbər verir ki, aparat rəhbəri ilə icra başçısının münasibətləri həm də kadr məsələlərində özünü göstərib. Belə ki, İsayevin qaynı İlqar Bünyatovun Zərdab-Kürdəmir zonası üzrə RYTN-in regional şöbəsinə rəhbər təyin olunub. Və bu məsələdə İsayevin Zeynalovdan etdiyi xahişin rolu böyük olub.

Maraqlıdır ki, İlqar Bünyatov Pambıq Zavodunda işlədiyi dönəmlərdə oğurluq maddəsi ilə 2 il həbsdə yatıb. Amma həbsdən çıxdıqdan sonra üzərində məhkumluq olmasına baxmayaraq, mühüm bir posta rəhbər gətirilib. Aydın məsələdir ki, burada Vidadi Zeynalovla adaşının arasındakı münasibətlərin ciddi rolu olduğu danılmazdır.

Redaksiyamıza məlumat verən mənbələr vurğulayır ki, Vidadi İsayev yaxın ətrafına bildirib ki, Vidadi Zeynalovla olan münasibətləri onun başına bəla ola bilər. İddialara görə, istintaqda aparat rəhbəri yaxın münasibətdə olduğu bütün məmurların adlarını sadalayıb. O cümlədən Bərdənin icra başçısının.

Nəzərə alsaq ki, Vidadi Zeynalov da həbs olunan bir çoxları kimi, ağır cinayətdə ittiham olunur, o zaman Vidadi İsayevin qorxmasının normal olduğu qənaətinə gələ bilərik. Üstəlik, Zeynalov və digərlərinin dövlətə xəyanətdə ittiham olunma ehtimalları da var ki, bu, icra başçısının tamamilə sıradan çıxarılmasına səbəb ola bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR