İşdə əlil oldu, 19 ildir təzminat ala bilmir

9-08-2015, 14:58 1052 dəfə baxılıb

İşdə əlil oldu, 19 ildir təzminat ala bilmir

















Ağdamdan Gədəbəyə hərbi sursat apararkən yolda baş vermiş avtomobil qəzası nəticəsində ağır xəsarət alan III qrup əlil Məhərrəm Məmmədov “Gəncə Körpü Tikinti-2” müəssisəsinə qarşı təzminat iddiası qaldırıb

Bu barədə virtualaz.org saytına M.Məmmədov özü məlumat verib.

Sayta şikayət edən əlil deyib ki, xəsarət alarkən müəssisənin əməkdaşı olub: “Mən həmin müəssisənin əməkdaşı olmuşam. Qəzaya düşən maşın da müəssisəyə məxsus olub. Qəza nəticəsində əmək qabiliyyətimi 60 faiz itirmişəm”.

M.Məmmədov deyir ki, artıq 19 ildir - 1996-cı ildən əmək xəsarəti ilə əlaqədar aylıq kompensasiyanın ödənilməsi dayandırılıb: “Sonuncu dəfə Gəncə Apelyasiya Məhkəməsində hakim Rəhman Muradovun sədrliyi ilə şikayətimə baxılıb. Məhkəmə iddiamı təmin etməyib. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən apelyasiya şikayət verilib. İş Ali Məhkəmənin icraatındadır”.

M.Məmmədov onu da bildirdi ki, “Gəncə Körpü Tikinti-2” tərəfindən istehsalat zədəsi aktı tərtib edilib, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona əmək qabliyyətinin 60 itirməklə III qrup əlillik dərəcəsi verilib: “Gədəbəy Rayon Məhkəməsinin 02 may, 2014-cü il tarixli qətnaməsi ilə mülki iş üzrə iddiaçı olan “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti mənə qarşı “Bədbəxt hadisə aktının etibarsız hesab edilməsi barədə” iddia qaldırıb. Amma müəssisənin iddiası təmin edilməyib. Əksinə, Gədəbəy Rayon Məhkəməsi mənim iddiamı təmin etdi. Məhkəmə istehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti almağımı təsdiq edib və qərar qanuni qüvvəyə minib”.

Vəkil Azər Quliyev də virtualaz.org saytına deyib ki, müdafiə edən şəxsə neçə illərdir verilməyən birdəfəlik və aylıq müavinət ödənilməlidir: “Məhərrəm Məmmədov neçə illərdir kompensasiya ala bilmir. Halbuki istehsalat qəzası ilə bağlı aylıq əməkhaqqının 60 faizi miqdarında müavinət almalıdır. Məhkəmə istehsalat qəzasında əlil olduğunu təsdiqləsə də müavinətin ödənilməsinə qərar verilmir”.

Yaxın günlərdə işə Ali Məhkəmədə baxılacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR