Masallıda bələdiyyə qalmaqalı

31-08-2015, 10:39 901 dəfə baxılıb

Masallıda bələdiyyə qalmaqalı













Ərkivan bələdiyyəsinə hərbi xidmətdə olmayan gəncin sədr gətirilməsi ortalığı qarışdırıb

Masallı rayonunun Ərkivan qəsəbəsində bələdiyyə ilə bağlı qalmaqallı vəziyyət yaranıb. Bu barədə redaksiyamıza qəsəbə sakinləri məlumat veriblər.

Həmin məlumatda deyilir ki, son seçkilərdə xeyli sayda qanun pozuntusu və saxtakarlıqla müşahidə edilən prosesdən sonra formalaşmış bələdiyyəyə indi də hərbi xidmətdə olmayan birini sədr gətirmək istəyirlər. «Müvəqqəti müavin kimi təyin olunan Anar Rəcəbovu Ərkivan bələdiyyəsinə sədr təyin etmək istəyirlər. Bu adam hərbi xidmətdə olmayıb. Bu da bizim qəzəbimizə səbəb olub. Çünki Ərkivan hər zaman vətənpərvərliyi ilə seçilən bir qəsəbə olub, Qarabağ savaşında onlarla şəhid verib. Necə ola bilər ki, bu qəsəbənin bələdiyyə sədri hərbi xidəmtə olmamış biri olsun?».


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR