Cəbrayıl Polisi: “Şəhid atası qəza törədib, polis tərəfindən döyülməyib”

14-10-2015, 15:09 1066 dəfə baxılıb

Cəbrayıl Polisi: “Şəhid atası qəza törədib, polis tərəfindən döyülməyib”
























Cəbrayıl rayon polis şöbəsi bildirir ki, 06.10.2015-ci il tarixdə saat təxminən 22:00 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Süleymanov Əhməd Turab oğlu sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2105 markalı 14 BA 384 dövlət nömrə nişanlı avtomobilini Cəbrayıl rayonu Məzrə kənd sakini Əliyev Valid Umud oğluna məxsus VAZ-2106 markalı 10 HO 560 dövlət nömrə nişanlı avtomobilinin arxa tərəfinə vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir

Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Süleymanov Əhməd Turab oğlu barəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə görə Cəbrayıl RPŞ-nin DYPB-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 152-1.4-cü maddəsi ilə 07.10.2015-ci il tarixdə CYP-719520 nömrəli inzibati protokol tərtib edilmiş və Azərbaycan Respublikası İXM-nin 360-cı maddəsinə əsasən inzibati xəta haqqında tərtib edilmiş protokol baxılması üçün Cəbrayıl rayon Məhkəməsinə göndərilmişdir.

Cəbrayıl rayonu Məzrə kənd sakini Əliyev Valid Umud oğlu barəsində isə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsinə görə Cəbrayıl RPŞ-nin DYPB-si tərəfindən 07.10.2015-ci il tarixdə CYP-719521 nömrəli inzibati protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilməsi üçün qərar qəbul edilmişdir.

Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Süleymanov Əhməd Turab oğlunun yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi VAZ-2105 markalı 14 BA 384 dövlət nömrə nişanlı avtomobili Cəbrayıl rayon polis şöbəsinin Tofiq adlı əməkdaşının avtomobilinə toxunmamış və Tofiq adlı polis əməkdaşı Əhməd Süleymanovu döyməmişdir.

Bu da qarşı tərəfin mövqeyidir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR