Günel Hümbətova Viktoriya Bekhemlə bir arada

16-10-2019, 17:42 429 dəfə baxılıb

Günel Hümbətova Viktoriya Bekhemlə bir arada


Tanınmış aparıcı və blogger Günel Hümbətova sosial şəbəkədə yeni foto paylaşıb.

Open.az xəbər verir ki, Hümbətova bu dəfə dünyaca məşhur modelyer və keçmiş müğənni Viktoriya Bekhemlə görüşüb.

ABŞ-da yaşayan Hümbətova Bekhemlə səmimi pozada şəkil çəkdirərək, sosial şəbəkədə yayımlayıb: "Dəhşətli hisslərdir. Uşaqlıqdan hər zaman ilhamlandığın, istər ana kimi, qadın kimi, uğurlu iş qadını kimi, dəb ikonası kimi özünə örnək götürdüyün, qibtə etdiyin insanın şəxsi event’inə dəvət almaq, onunla söhbətləşmək, qucaqlamaq".

Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR