Qəbir yerləri hesabına pul qazanan sabiq bələdiyyə sədri kimdir?

12-08-2015, 14:40 1219 dəfə baxılıb

Qəbir yerləri hesabına pul qazanan sabiq bələdiyyə sədri kimdir?













Redaksiyamıza sabiq bələdiyyə sədrlərindən biri haqqında müdhiş məlumat daxil olub. Söhbət 2001-2009-cu illərdə Novxanı kəndində bələdiyyə sədri işləyən Əvəzov Məhərrəm Balay oğlundan gedir

Belə ki, redaksiyamıza daxil olan məlumata görə, bələdiyyə sədri olduğu dönəmdə Novxanıda hektarlarla torpaq sahəsinə əl qoyan, bu torpaqları özəlləşdirən Məhərrəm Əvəzovun kənd sakinlərində ən çox qəzəb doğuran addımlarından biri qəbiristanlıq yerini ələ keçirməsi olub: “M.Əvəzov bələdiyyə sədri təyin olunduğu ilk gündən etibarən bələdiyyənin sərəncamında olan torpaq sahələrini dədə-baba mirası kimi öz yaxınlarının adına keçirməyə başladı. Nəticədə qısa müddətdə kənd sakinlərinin mal-qaranın örüş yerləri kimi istifadə etdiyi xeyli ərazi, magistral yolların kənarındakı bahalı torpaq sahələri, habelə tikinti üçün o qədər də münasib relyefə malik olmayan ərazilər belə M.Əvəzovun şəxsi mülkiyyətinə çevrildi. Öz vəzifə səlahiyyətindən sui-istifadə edən, bələdiyyə sədri postundan milyonerlik mərtəbəsinə tullanmaq üçün tranplin kimi yararlanan M.Əvəzov çox keçmədi ki, sadəcə dirilərin deyil, ölülərin də məkanına göz dikdi.
Çox keçmədi ki, M.Əvəzovun mülkiyyətində olan torpaqların siyahısına Novxanı kəndindəki qəbiristanlıq ərazisi də daxil oldu. Daha doğrusu, qəbiristanlığın dörd bir yanına əl qoyan sabiq bələdiyyə sədri bununla da ölülərin son mənzil yerini də ələ keçirmiş oldu”.
Bununla bağlı redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, bu gün Novxanı qəbiristanlığında 10-15 nəfərlik qəbir yeri qalıb ki, bu yerlər də dolandan sonra kənd sakinləri ölülərini dəfn etmək üçün yeni qəbiristanlıq yeri axtarmalı olacaq: “Hazırda kənd qəbiristanlığında cəmi 10-15 qəbir yeri qalıb ki, bu da indidən haqlı olaraq sakinlərin narahatlığına səbəb olmaqdadır. Çünki bu qəbir yerləri də dolandan sonra kənd sakinləri öz ölülərini dəfn etmək üçün başqa kənd və qəsəbələrə üz tutmalı olacaqlar. Odur ki, sakinlər hesab edir ki, əlaqədar qurumlar məsələnin ciddiliyini nəzərə alaraq Məhərrəm Əvəzov tərəfindən zəbt edilmiş qəbiristanlıq yerinin geri qaytarılmasını təmin etməli, minlərlə insanın narahatlığına son qoymalıdır. Əks təqdirdə Novxanıda qəbir yeri ilə bağlı problem yalnız ölülərin problemi olmaqla qalmayacaq, ciddi etiraz və qarşıdurmaya səbəb olaraq çox dirilərin yuxusunu ərşə çəkəcəkdir”.

P.S.Gələn yazımızda oxuyacaqsınız.

1.Məhərəm Əvəzov bələdiyyə sədri olduğu dönəmdə daha hansı torpaq sahələrini ələ keçirib?
2.Sabiq bələdiyyə sədrinin doğmalarının ixtiyarında toplam neçə hektar ərazi var?
3. Vaxtiylə bələdiyyə sədri postunda çalışan M.Əvəzov indi nə ilə məşğuldur?
4.Məhərrəm Əvəzovla bağlı sakinlərin irəli sürdüyü satirik təklif nədir?
5.Vətəndaşlar Ədliyyə Nazirliyinə niyə müraciət etmək istəyir?
6.Bələdiyyə sədri postundan gedən M.Əvəzovun Novxanı bələdiyyəsindəki “davamçısı” kimdir?
7.Əjdər Zeynalov kimdir və onu Məhərrəm Əvəzova, Novxanı bələdiyyəsinə nə bağlayır?


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR