Bakıda 16 yaşlı oğlanı zorladılar
Cinayət işi başlanıb
Sabunçu rayonunda 16 yaşlı oğlan zorakılıqla üzləşib.
azinfo.tv Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü O. İ. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edərək zorlandığını bildirib.
O qeyd edib ki, Rəhbər adlı şəxs mütəmadi olaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Polis apardığı araşdırma zamanı müəyyən edib ki, O. İ. ilə qeyri-təbii yolla cinsi əlaqədə olan Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Qaşqay Dədəbəy oğlu Ağayevdir. Qaşqay Ağayev Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda kirayədə yaşayırmış.
Qaşqay Ağayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.