Rusiyada azərbaycanlı taksi sürücüləri iki qızı zorladılar

28-03-2016, 12:16 433 dəfə baxılıb

Rusiyada azərbaycanlı taksi sürücüləri iki qızı zorladılar












O evə çatmayıb

Ulan-Udedə (Rusiya Federasiyası) Azərbaycandan olan “taksi sürücüləri” saxlanılıb, onlar iki qızın zorlanmasında şübhəli bilinirlər.

Cinayətlər martın 25-dən 26-na keçən gecə qeydə alınıb.

İstintaq müəyyən edib ki, qızları Ulan-Udenin şəhərətrafına Azərbaycan vətəndaşları aparıblar.

Cinayətin qurbanı kişilərdən biri ilə internet vasitəsilə tanış olub. “Taksi sürücüləri” şəhər ətrafında qızı zorladıqdan sonra şəhərə qayıdıblar.

Şənbə gününə keçən gecə isə həmin şəxslər Ulan-Udenin gecə klublarından birinin parkında özlərini “taksi sürücüsü” kimi təqdim ediblər. Azərbaycandan olan sürücülər qızı evə aparmağı təklif ediblər. Amma o, evə çatmayıb, belə ki, yolda təcavüzə məruz qalıb.

Hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən bu cinayətləri törətməkdə şübhəli bilinənlər saxlanılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR