Erməni Rusiyada 5 qızı zorladı və sonradan öldürdü - FOTO

13-02-2020, 20:15 211 dəfə baxılıb

Erməni Rusiyada 5 qızı zorladı və sonradan öldürdü - FOTO


Rusiyanın Rostov vilayətində milliyətcə erməni olan yerli sakin David Sarabaşyan beş qızı zorladıqdan sonra öldürüb.

Bu haqda məlumatı RİA “Novosti” agentliyi yayıb.

Mənbə bildirir ki, Rostov məhkəməsinə zorakılıq və sonradan qətlə yetirilmə ittihamı ilə cinayət işi daxil olub.

İstintaqın məlumatına görə, 2018-ci ilin oktyabr ayında erməni gödəkçəsi ilə 25 yaşlı qızı boğub. Bundan sonra qız huşunu itirib. O isə qurbanını zorlayıb və öldürüb.

Ehtimal olunur ki, 2000-ci ildən 2003-cü ilədək o, 16 yaşından 41 yaşınadək olan dörd qadını da eyni şəkildə qətlə yetirib.

2015-ci ilin mart ayında Sarabaşyan 29 yaşlı qızı boğmağa və zorlamağa çalışıb, lakin qız onun əlindən qaça bilib.

Məhkəmə-psixiatriya ekspertizası ermənidə cinsi xarakterli pozuntuların olduğunu müəyyənləşdirib.

İşə məhkəmədə baxılma tarixi hələ təyin edilməyib.KONKRET.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR