«20-yə yaxın mağaza yanıb, hərəsində - 1-2 MİLYONLUQ PARÇA VARDI»

18-02-2020, 11:11 34 dəfə baxılıb

«20-yə yaxın mağaza yanıb, hərəsində - 1-2 MİLYONLUQ PARÇA VARDI»

«Sədərək» Ticarət Mərkəzində baş verən yanğının bəzi təfərruatları məlum olub.

FED.azın məlumatına görə, yanğın əsasən ticarət mərkəzinin «Paltar bazarı» adlanan hissəsinin parçaların satışı aparılan «Parça sırası»nda - 8-ci sırada baş verib. Hadisə şahidləri FED.az-a bildirib ki, təqribən 20 mağazanı əhatə edən yanğın nəticəsində böyük həcmdə zərər dəyib: «20-yə yaxın mağaza yanıb, hərəsində bir neçə yüz mindən bir neçə milyon manata yaxın məbləğində satlıq mal olub».

Qeyd edək ki, yanğın səhər saatlarında başlayıb, saat 9-10-a olan məlumata görə, yanğın məhdudlaşdırılıb. Yanğınsöndürənlərin Ticarət Mərkəzinə daxil olmasında çətiniliklər olub, yanğının başqa sahələrə keçməsinin qarşısını almaq üçün bəzi yerlərdə mərkəzin damı sökülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR