Braziliya milli komandasının sabiq futbolçusu karyerasını bitirib

10-10-2019, 14:58 16 dəfə baxılıb

Braziliya milli komandasının sabiq futbolçusu karyerasını bitirib


Braziliya milli komandasının və İtaliyanın "Roma” klubunun sabiq üzvü Mişel Bastos futbolçu karyerasını bitirib.

36 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi "İnstagram” səhifəsində məlumat yayıb. Son olaraq Braziliyanın "Ameriko” komandasında çıxış edən Bastos sentyabrdan azad agent statusuna malikdir.

Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində "Lill”, "Lion”, "Roma”, "Şaxtyor” və "Şalke” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi iştirak etdiyi 418 oyunda 93 qol vurub və 40 məhsuldar ötürmə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR